Nə? Harada? Nə zaman? – intellektual oyunu (Qısa tarixi məlumat.)
1975-ci ildə çox istedalı bir televiziyza rejissoru sayılan V.Y. Voroşilov sonralar bütün SSRİ – ni bürüyəcək bir xəstəlik, bir virus hazırladı . Bu virusun adı “Что? Где? Когда?” idi. Yəqin ki, o heç düşünməzdi ki, onun bu virusu çox böyük epidemiyalar törədəcək, xroniki xəstəliyə çevriləcək və bu günə qədər yaşayacaq. 1976 –cı ildə “volçok” yəni fırfıra verilişə əlavə olundu . Fırfıra haqqında, xatirələrində Voroşilov yazırdı ki: "3 yaşlı dostuma ad gün hədiyyəsi almaq üçün Oyuncaq dükanına girdim. Atlı fiquru olan fırfıra çox xoşuma gəldi. ikisini aldım birin ona birin özümə. 10 gün evdən çıxmadan oynadım." Lakin ilk dövrlərdə fırfıra sualı yox cavab verəcək şəxsi seçirdi. Elə həmin ildə oyun “Televiziya Gənclər klubu” adı aldı. Birinci verilişi daha bir televiziya “əjdahası”, sonralar başqa bir “Epidemiya” – KVN-i hazırlayan Aleksandr Maslyakov aparmağa başladı. Birinci oyunçular MDU-nun(Moskva Dövlət Universiteti) tələbələri idi. Onlar fərdi oynayırdılar, oyun zamanı çox danışırdılar və siqaret çəkirdilər. Bir dəqiqəlik müzakirə vaxtı da yox idi. 1977-ci ildə oyun nəhayət ki, son formasını aldı: fırfıra sulı seçirdi və bir dəqiqə lik müzakirə vaxtı. Elə həmin ildə Yapalaq (bayquş) Fomka oyunun simvolu oldu. Davamı var...
Nə?- Intellektual Viktorina
Harada?-Keçmiş SSRİ-də. İctimai kanalada (ORT)
Nə Zaman?-4 sentyabr 1975 – ci il
Tək Rusiya və MDB məkanında deyil az qala bütün dünyada yayılmış bu intellektual oyun milyonlarla insanın həyat tərzinə çevrilib desəm yanılmaram. Çoxları bu oyunun televiziya versiyasını izləyib. Amma tarixini çoxumuz bilmirik. Çalışacam az da olsa sizi məlumatlandırım.
4 sentyabr 1975-ci il Bu oyunun ad günü sayılır. Həmin gün bir oyun keçirilmişdir və bu oyunun qaydaları indiki qaydalara heç bənzəmirdi. I oyunda bir-birinə qarşı iki ailə oynayırdı. Oyun 2 raunddan ibarət idi və və hər iki ailənin evində çəkilirdi.