1. Ginnesin rekordlar kitabında çoxlu sayda `ən-ən` xarakterli ən uzun, ən qısa, ən sürətli və s kimi rekordlar yer alır.Bu rekordlardan biri kokteyl üçün ən uzun borudur. Onun uzunluğu 10.3 metrdir. Uzun müddətdir ki bu rekord qalmaqdadır.Bəs bu rekord nə vaxt qırılacaq ?
2. Nikbin adam her yerdə yaşıl işığı görür, bədbin adam qırmızı, əsl müdrik adam isə ... üstün tutur. (
Süni İntellektin fikirlərindən)
3. Bilirsinizmi ki,
ingilis atları fransız atlarından 1.3% güclüdürlər. Bunun səbəbi nədir?
4. Bir sıra Arika ölkələrində qadınlar ağır yükü başlarında daşıyırlar. Bəs nə üçün bu qadınlar əllərində və ya çiyinlərində daşımaqdansa üstünlüyü başlarına verirlər?
5.1960-cı ildə bir Milan şirkətinin sahibi oğlan uşaqlarına üzərində “Daimi əməkdaşlığınıza görə minnnətdarıqla” yazısı olan raqatka(sapand) hədiyyə etmişdir.Bu kompaniya hansı işlə məşğul olurdu
6.San Fransiskoda tez-tez məhşurlara bənzəyənlərin yarışı keçirilirdi. Bu yarışlardan birində
Ç.Çaplin axırıncı yeri tutmuşdu.Ç.Çaplin hansı məhşura bənzəyənlərin arasında axırıncı yeri tutmuşdu
7. Bildiyimiz kimi U.Çörçill ortabab ressam idi.Bir dəfə çəkdiyi rəsmləri tanışlarına gostərəndə onlardan biri soruşur:
Siz nə üçün həmişə mənzərələr çəkirsiniz? Çörçill nə cavab verir?
8. 1949-cu ildə Belçika kraliçası bir dəstə görkəmli Sovet musiqiçisini beynəlxalq müsabiqədə iştirak etməyə dəvət edir.Stalin teleqramin kənarında belə bir yazı yazır və o yazıdan sonra getmək istəyənlər kəskin azalır.Qeyd nədən ibarət idi?
9. Söylənən fərziyyəlerə görə,qaraqoyunlular qəbiləsində çoxlu mahnı və rəqslər mövcud idi, lakin bunlardan yalnız biri 19 əsrə gəlib çatmışdır.Həmin melodiya “Qarabağın ağırı adlanırdı”.Sonralar həmin melodiya iki hissəyə bölünür. Onlardan birincisi “Asta Qarabağı”adlanırdı. Bəs ikinci hissə necə adlanır ?
10. Mirzə Camal Cavanşire görə “O xan idi biz onu şah elədik” Əhməd bəy Cavanşire görə “O özü-özünü xan elan etmişdi.Mən öz məğlubiyyətimlə bunu təsdiqlədim” Bəs Mirzə Adıgözəl bəyə görə bu deyim necə səslənir?