Kommunistlər kimi desək, Yoldaş Wizard-ın təklifi ilə həyata keçirilən Nə?Harada?Nə vaxt? formatı ilə keçirilən Sakura-7 mart turnirinin sevinclə qarşılanmasından sonra qərara gəldik ki,bu məsələyə diqqəti artıraq. Çünki, bu kayzen ideologiyasının tərkib hissəsi olan
daha ağıllı olmaq amalı ilə səsləşir. Ona görə də aşağıdakıları qərara aldıq:
1. Mükafat kimi pul məbləği getdikcə artırılsın.
2. Ekspertlər şurasının tərkibi tam müəyyənləşsin.
3. Ən əsas məsələ. suallara cavab verilməsi üçün daha rahat və operativ metod yaradılsın. Bu məqsədlə yaxın 2-3 həftə ərzində lazımi modullar quraşdırılacaq:) Hətta saytımızın bir üzvü bunun üçün kömək etmək iqtidarında olduğunu bildirdi.
4. Sakura intellektual klubunun kodeksi yenidən və müfəssəl tərtib olunsun.
5. Sakura intellektual klubunun (eyni zamanda kayzen.az saytının digər maarifləndirici fəaliyyətlərinin) tanıdılması üçün təkliflər planı hazırlansın və həyata keçirilsin.
Yarışın texniki tərəfinin mükəmməl olmasına çalışılacaq. Artıq istifadəçilərin arasında yalnız ilk dəfə düzgün cavab qalib sayılmayacaq. Yarışın keçirilməsinin texniki özəllikləri sirr olaraq saxlanılır. Yaxın müddətdə bu barədə anons veriləcək.
Təşkilati məsələlər üzrə sualları və maraqlı təklifləri olanlar bu postda öz fikirlərini bildirsin.