Sakura 8 mart turniri

Sakura 8 mart turniri

1.Bir dəfə alman filosofu Kanta sual verirlər ki, onun fikrincə hansı qadınlar ərlərinə daha sadiq olurlar: "Qara saçlı qadınlar ya sarı saçlı?" Kant fikirləşmədən cavab verir: .......

2.Seçki kompaniyasının gedişində respublikaçılar partiyasının namizədi Teodor Ruzvelt kiçik şəhərləri gəzərək alovlu nitqlərlə çıxış edirmiş. Şəhərciklərin birində bir dəqiqədən bir- "Mən demokratam!" bağırıb onun əsəblərinə toxunan adamdan soruşur:
-Deyə bilərsinizmi ki, siz nə üçün demokratsınız?
-Çünki babam mənim demokrat olub, atam demokrat olub, indi də mən özüm demokratam.
-Yaxşı... əgər sizin babanız eşşək olsaydı, atanız da eşşək olsaydı, o vaxt siz nə olardınız?
Ruzveltin opponenti də söz altında qalmayıb Ruzvelti nəyi var sındırır. O nə cavab verir?

3.İdman gimnastikası üzrə yarışlarda heç idmançılara və onların hərəkətlərinə baxmadan belə yarışda qadınların yaxud kişilərin çıxış etdiyini bilmək olar. Necə?

4.Həddindən artıq kök olan bir nəfər Bernard Şounun arıqlığına işarə ilə: "Sizə baxanda adama ələ gəlir ki, Ingiltərə aclıq çəkir," - deyir. Şou özünəməxsus tərzdə onun cavabını verir. O,nə cavab verir?

5.Üç il bundan əvvəl Murmanskda yaşayan böyük qardaşımgilə qonaq getmişdim. Onun doğulandan elə orada qalmış 5 yaşlı balaca uşağı vardı,gələndən sonra ona Azərbaycanın adət-ənənələrini və s. öyrədirdim. Hər gecə ona Azərbaycan nağıllarını deyirdim. Bir dəfə ona Cırtdanın nağılını danışırdım. Divin xəlbirdə su gətirməsi prosesini deyəndə o, bildirdi ki,div axmaq olub,suyu evə gətirmək elə də çətin deyil. Nəyə görə sualını verəndə isə o elə bir cavab verdi ki,özüm də təəccübləndim. Əlavə heç bir alətdən və s. istifadə etmədən su gətirmək necə mümkündür?

6.Microsoft kompaniyasının tarixi muzeyində bir eksponat var. Orada bir telefon var qeyd edilib ki, telefonun dəstəyini qaldırmaqla ən vacib şəxsin danışığını eşitmək olar. Sizcə şirkət əməkdaşlarının fikrincə firmada ən vacib şəxs kimdir? Telefonda nə səsi eşitmək olar?

7.ABŞ-da çox yüksək kvalifikasiyalı və yüksək maaşlı peşələrdən biri çox qəribə jarqon ada malikdir: Prefessional əbləhlər(idioti).Bu şəxslər nə ilə məşğul olurlar?

8. `Bazar gününün övladları`. Fransada oliqofreniya xəstələrini belə adlandırırlar! Səbəb?

9. Bildiyimiz kimi Motsart ümumi qəbirstanliqda dəfn olunub.Niyə? 10. Nəyə görə xanımlarda düymə solda kişilərdə isə sağ tərəfdədi?

Top