Sakura mart-7 turniri

Sakura mart-7 turniri

Saat 18.00-da bu postda suallar təqdim olunacaq.
Xahiş olunur ki, Mozilla yaxud Opera brauzerlərindən istifadə edəsiniz. Suallar elan olunan kimi, bildiyiniz sualların cavabını yazın. Çalışın başqa istifadəçinin cavablarına baxıb öz vaxtınızı itirməyin. Sadəcə bildiyiniz sualların cavabını yazın. Hər suala bir cavab qəbul olunur. Cavabı sonradan dəyişdirmək olmaz. 15 dəqiqə bitəndən sonra qiymtəətləndirmə başlayacaq!

1. Bir fransız məsləlinə baxaq.Əgər xanım ona görüş təklif edən kişiyə yox deyirsə bu ola bilər anlamına gəlir.Əgər ola bilər` deyirsə bu artıq cavabıdır. Sual: Əgər xanım cavabını verərsə,bu nə deməkdir?

2.Göydən üç alma düşdü.Üçü də bir yerə.Bəziləri üçün bu yer son ümid yeri, bir sərkərdə üçün adi bir şəhər, milyonlar üçünsə əzab və məyusluq gətirən bu yeri tapın!

3.İki nəfərin dialoqu:

Birinci şəxs:mənim evim var!
İkinci şəxs: Mənim ürəklərim var, özüdə arta-arta gedir
Üçüncüsü: Nə olsun mənim də ürəklərim var, özüdə səninkilərdən sonra arta-arta gedir!
Sual:Bu şəxslərin söhbəti harda cərəyan edir?

4.Molla Nəsrəddin bir dul arvad alır. Özü də onun dördüncü əri olur. Aradan çox keçməmiş bərk xəstələnir. Arvadı mollanın yanında oturub, ağlaya-ağlaya soruşur:
-Məni kimə tapşırıb gedirsən? Nəsrəddin yataqdan başını qaldırıb ona nə cavab verir?

5.SSRİ vaxtı yəhudini külli miqdarda pulla həbs edirlər.
Müstəntiq: Bu pulları necə əldə etmisiniz?
Yəhudi: Evdə tumbuçkadan götürmüşəm.
Müstəntiq: Tumbuçkaya pulu kim qoyub?
Yəhudinin arvadı: Tumbuçkaya pulu mən qoymuşam.
Müstəntiq: Bəs səndə pul hardandı?
Yəhudinin arvadı: Mən pulları ərimdən almışam.
Müstəntiq yəhudiyə: - Bəs sən pulları hardan tapmısan?
Yəhudi nə cavab verir?

6.Uorren Baffetin sözlərinə görə onlar dövləti, kəndir asılanı saxlayan kimi saxlayırlar. Bakıda onlara əsasən şəhərin mərkəzində,lap dəqiqləşdirsək, Rəşid Behbudov prospekti ətrafında daha çox rast gəlmək olur. Onlar gənc ikən İstiqlaliyyət prospektində daha çox olur.Söhbət kimlərdən gedir?

7.Eramızdan əvvəl 500-ci ildə Hindistanın şimal-şərqində Qanq çayının sahilində Madaqha dövləti yarandı.O dövləti idarə etmiş sülalədən olan ən məşhur şəxs kimdir?

8.Avropanın şəhərlərindən birinin adı çox maraqlıdır! Əhalisi cəmi 30 min olan bu şəhər ,doğma olan bir firmaya isə qəlbində hə,dünyanın o biri başında olan çox böyük bir firmaya isə adı ilə yox deyir! Siz mənə bu şəhəri yox, onun yerləşdiyi ölkənin paytaxtını deyin!

9.O,Sankt-Peterburqda doğulub.Onun miss Tetçerə olan məhəbbəti haqda isə ədəbiyyatı sevənlər oxumamış olmazlar.Onun hətta bir zənci dostu da var.Bu şıltaq və macəraçı adam kimdir?

10. Orta əsrlərdə döyüşlər vaxtı nizələrin ucuna nazik lent (parça) taxırdılar! Sual:Bu nəyə görə edilirdi?

Top