500 dollardan 500 milyon dollara aparan biznes

500 dollardan 500 milyon dollara aparan biznes

Kendra Scott ABŞ-ın özü-qazanmış (selfmade) zəngin xanımları siyahısında 2018-ci il Forbes saytının məlumatlarına əsasən 40-cı pillədədir. Onun sərvətinin miqdarı hazırda 500 mln dollardır.
Sərvətinin əsas mənbəyi isə özünün qurmuş olduğu zərgərlik məmulatları istehsal edən şirkətdə tutarlı pay sahibi olmasıdır. Hazırda investorlar şirkəti 1 milyard usd civarında qiymətləndirir. O, öz biznesinə Texas ştatının Austin şəhərində, evindəki əlavə yataq otağında başlayıb, indi isə Kendra Scott şəbəkəsi özündə 79 dükan birləşdirir və 2000-ə yaxın qadın onunla birlikdə çalışır. Brend populyarlıq qazanandan sonra Kendra zərgərlik əşyaları ilə yanaşı, ev dekoru üçün şamlar, qutular və sinilər hazırlamağa başlayıb.
Öz biznesi haqqında o bunları deyir:
Kendra Scott’u bir brend kimi fərqləndirən əsas cəhət odur ki, biz öz kolleksiyalarımızı hansısa bir demoqrafik qrup üçün deyil, psixoqrafik qrup üçün tərtib edirik. Kendra Scott cəvahiratı yeriyərkən insanların başını döndürərək, diqqətini cəlb etməkdən, onların ağıllarını almaqdan qorxmayan xanımlar üçün dizayn edilib. Bu qadının gözəl özünə-inamı və çoxşaxəli stili vardır. O, güclü, dinamik və yeganədir və o, öz gözqamaşdırıcı kimliyini əks etdirən cəvahirat daşımağa layiqdir. Biz ona geniş rəng seçimi imkanı veririk ki, öz fərdi tərzini arzuladığı kimi ifadə edə bilsin. Mən elə bir şirkət yaratdım ki, mənı ana olaraq qalmağa imkan versin, axı bu mənim elə ilk göndən bir nömrəli prioritetim idi.
Kendra Scott
Mənim iş tərzim hər zaman uşaqlarımın həyatında yaxından iştirak etməyimə icazə verir, baxmayaraq ki, bu bəzən onları yatırdandan sonra gecə saat 1-ə qədər işləməyimlə nəticələnir.
Biznesi qurmağa necə nail oldu?
Həyat yoldaşı işdən çıxarıldıqdan sonra ağır hamiləlik keçirən Kendra Scott bilirdi ki, pul qazanmağın bir yolunu tapmalıdır.
Viskonsin ştatında doğulub böyüyən xanım Scott, 18 yaşında universitetdə təhsil almaq üçün Texas ştatıta gəlir, lakin bir il sonra gələcək həyat yoldaşı üçün təhsilini dayandırır və Austində yaşamağa başlayır. Texas ştatının inzibati mərkəzi olan Austin şəhərində yerləşən evlərində yataq rejimində istirahət edən və ilk uşağının doğumunu gözləyən Kendra bəzək əşyaları hazırlamağa başlayır.
Xanım Scott bu işə 2002-ci ildə 28 yaşında olarkən sadəcə 500 dollar vəsaitlə başlamışdı.
Oğlu dünyaya gəldikdən sonra o qərar verdi ki, düzəltdiyi sırğaları və digər bəzək əşyalarını satmaq üçün birlikdə çölə çıxmalıdırlar. Hazırda 44 yaşında olan xanım Scott deyir, “ilk kolleksiyamı yaratdığım zaman körpə oğlumu uşaq arabasına qoyub bəzək əşyalarını isə çay qutusuna yerləşdirmişdim.”
Daha sonra biz Austinin bütün butiklərini qapı-qapı gəzdik və ele ilk gündən mən bütün düzəltdiklərimi satmışdım. Bu mənim biznesimin başlanğıcı oldu.
Xanım Scottun şirkəti kimyaterapiya keçən qadınlar üçün rahat şylapalar hazırlayır. Bu fikir onda mərhum ögey atasının xərçənglə mübarizəsinə şahidlik etdiyi üçün yaranmışdı və hazırda şirkət gəlirinin bir hissəsini yerli xəstəxanalara bağışlayır.
Xanım Scott bildirir ki, zinət əşyaları biznesi qurmaq istəyini təşviq edən səbəb bazarda bəzək əşyalarının qiymətlərində qeyri-mütənasibliyin olması, yəni ya çox baha ya çox ucuz əşyalar satılarkən, orta qiymətə təsadüf edilməməsi idi.
Beləliklə o həm özünün həm də digər qadınların münasib qiymətə ala biləcəkləri qiymətli daş-qaşlardan hazırlanmış bəzək əşyaları istehsal edən biznes qurmağa qərar verdi.
Kendra Scott deyir :
Maddi vəziyyətindən asılı olmayaraq bütün qadınlar rahat və gözəl görünmək istəyirlər.
Xanım Scott biznesini qurmağa başlayarkən ona daha da irəli getməkdə kömək edəcək istedadlı şəxslərin əməyindən istifadə etdiyini və ilk işə başlayarkən birlikdə çalışdığı yeddi qadının hələ də şirkətdə işlədiyini bildirir.
 
 
Mənbə: 1lady.az
Top