Yeva Braun

Yeva Braun

Adolf Hitlerin həyatında müxtəlif və eyni zamanda oxşar taleli qadınlar çox olub. Adolf Hitlər dedikdə yada düşən ilk qadın Yeva Braun idi. Hitlerlə onun tanışlığı 1929-cu ilin oktyabr ayına təsadüf etdi.
Hitler elə ilk görüşdən aşiq olmuşdu Yevaya. O zamanlar Yeva Hofman Studiyasında çalışırdı. Həmin vaxtda Yevanın 17, Hitlerin isə 40 yaşı vardı. 1932 və 1935-ci illərdə Yeva intihara cəhd etdi. 1935-ci ildə Adolf Hitler Yevaya Bogenhauzenin Münhen məhəlləsindən ev aldı, hansı ki, bu evdə Yeva öz balaca bacısı ilə yaşadı. Yeva Braun
1936-dan 1945-ci ilədək Yeva ömrünün çox hissəsini Hitlerin Bavariyadakı iqamətgahında keçirirdi. Hitlerin və Braunun kəbin kəsməsi 28 aprel 1945-ci ildə baş tutdu, Martin Borman və Yozef Qebbelsin şahidlikləri ilə o, Yevanı öz xanımı elan edir. 30 aprel 1945-ci il Braun və Hitler birgə intihar etdilər. Yeva Braunun və Hitlerin bədənləri Berlində atəşə atılsa da ancaq tamamilə yanmadı və sovet administrasiyasının əlinə düşdü. Gizli qəbirdə saxlanıldıqdan sonra 1970-ci ildə sovet hərbi hakimiyyəti tərəfindən məhv edildi.
 Yeva Braun kinomotaqrafiya ilə məşğul olurdu, şəkillər çəkirdi. Hitlerin hazırda mövcud olan rəngli kadrlarının çoxu elə məhz Yeva tərəfindən çəkilmişdir. Müharibənin sonlarında Hitlerin bu sarışın xanıma münasibəti dəyişir. Əsəb gərginliyi onun özünü idarəsinə mane olurdu. Hitlerlə Yeva arasında tez-tez münaqişə olurdu. Bəzən Yeva onunla birlikdə olduğundan peşmanlıq duyurdu, elə 22 yaşında onun sinəsinə güllə açaraq intihar etməsinə cəhdinin də səbəbi bu idi. Və hansısa möcüzə nəticəsində silah əlindən qaçaraq boğaz hissəsini zədələyir, Yeva sağ qalır. Yeva həmişə hirslənərək deyirdi  “sən mənlə yox, Almaniya ilə evlisən”. Həyatının 16 ilini Hitlerin onun diqqətini gözləyən Yeva 30 aprel tarixində gərəksiz yerə qurban gedir. Hitler başına güllə açmaqla, Yeva isə zəhər içməklə intihar edirlər.
 Yeva Braun
Hitler həmişə ata olmaqdan qorxurdu, o uşağın anormal olacağını və tam sağlam olmayacağını düşünürdü. Çünki o öz mövqeyini çox yaxşı bilirdi. Tarixçi Lotar Maçtan iddia edir ki, Hitler gizli homoseksual idi. O bu işlə az da olsa məşğul olmuşdu hətta əməkdaşları ilə. Hitlerin ən sevimli hobbisi pornoqrafik şəkillər idi. O çox zaman xanımının da lüt şəkillərini çəkirdi.
 Müharibənin uğursuz gedişi zamanı Hitler xanımına diqqət yetirə bilmirdi, şəhərdən tamamilə uzaqlaşırdı, bir evdə yaşamalarına baxmayaraq Yeva ilə gec-gec görüşürdülər. Və elə bu səbəbdən Yeva 1935-ci ildə ikinci dəfə intihara cəhd edir. Bu dəfə isə bacısı tərəfindən xilas olunur. Hitler 77 növ dərman qəbul edirdi, o həm də son dövlərdə impotent idi. Xanımı Yevanın rəfiqəsinə yazdığı məktubda da bu təsdiqlənmişdir. Amma impotent olmağı Yevanın sevgisini itirməsi deyildi, yenə də Yeva Hitleri dəlicəsinə sevirdi. Sevgisi uğrunda intiharları da buna sübutdur.
 
Mənbə: milliarxiv.gov.az
Top