Hamiləlikdə üzüm yeməyin faydaları

Hamiləlikdə üzüm yeməyin faydaları


Hamilə ikən yediklərinizə və içdiklərinizə çox diqqət etməlisiniz. Çünki qəbul etdiyiniz qidalar təkcə sizə deyil, uşağınıza da təsir edir. Üzümü istər meyvə kimi yeyərək, istərsə də quru şəkildə və yaxud kompotunu hazırlayıb içməklə faydalarından yararlana bilərsiniz.

 Qan azlığının qarşısını alır
Hamilələrdə qan azlığı və ya dəmir əksikliyi çox tez-tez rast gəlinən problemlərdəndir. Dəmiri dərmanlar vasitəsilə qəbul etməkdənsə, təbii qidalar yeməklə qəbul etmək daha məqsədə uyğundur. Üzüm bol miqdarda dəmir və B vitamini ilə zəngindir. Buna görə də hamiləlik müddətində üzüm yeyərək yorğunluq, halsızlıq, depressiya və qan azlığının yaratdığı digər problemlərdən azad ola bilərsiniz.

Qəbizliyi aradan qaldırır
Hamiləlikdə qadınların ən çox qarşılaşdığı problemlərdən biri də qəbizlikdir. Lifli olması ilə üzüm qəbizliyin qarşısını alır və bağırsaqların yaxşı işləməsini təmin edir.

İştahı artırır
İştah əskikliyi hamiləliyin birinci və üçüncü trimestrində, yəni ilk 3 ayda və son 3 ayda hamilə qadınların qarşılaşdığı problemlərdəndir. İlk 3 aylıqda bunun səbəbi ürək bulanması olduğu halda, son 3 ayda isə uşaqlığın böyüməsidir. Üzümün tərkibindəki lif, maqnezium və potasium sayəsində iştahınız açılacaq və bu problemdən azad olacaqsınız.

Diş sağlamlığını qoruyur
Hamiləlikdə diş əti iltihabı və dişlərlə bağlı digər problemlər də yaşanır. Üzümün tərkibində olan “oleanolic” turşusu sağlam diş və diş ətlərinə sahib olmağınıza şərait yaradır.

Enerji verir
Hamiləlik müddətində yorğunluq, halsızlıq hər gün yaşanan bir problemdir. Üzüm qlükoza və şəkər tərkibi ilə sizə enerji və güc verir. Buna görə də üzümü qidalanma proqramınıza əlavə etməyiniz faydalı olacaqdır.

Uşaqda sümük inkişafına yaxşı təsir edir
Hamiləlikdə çox üzüm yeyərək doğulmamış uşağınıza da yaxşılıq etmiş olarsınız. Üzümdəki kalsium uşağınızın sümüklərini gücləndirir, vitaminlər isə onun görmə bacarığını inkişaf etdirir.

Üzümün bu faydalarını bildikdən sonra, ümid edirik ki, hamilə xanımlar həm öz sağlamlıqları, həm də bətnlərindəki körpənin sağlamlığı üçün daha çox üzüm yeməyə başlayacaqlar.
Top