Ana südünün həyati əhəmiyyətli 10 faydası

Ana südünün həyati əhəmiyyətli 10 faydası

Zülallar, karbohidratlar, minerallar, vitaminlər, yağlar… Körpənin ehtiyacı olan bütün qida elementlərini ehtiva edən ana südü təbiətin ən gözəl möcüzəsidir.  Xüsusilə ilk 6 ayda kifayət qədər çəki alan körpəyə ana südündən başqa heç bir əlavə qidaya ehtiyac olmur. Ana südünün ən əhəmiyyətli təsirlərindən biri ana və körpə arasındakı bağı gücləndirməsidir. Bu səbəbdən də doğuşdan dərhal sonra körpə ana döşü ilə tanış olmalıdır. Körpə ana südü ilə qidalanmağa nə qədər erkən başlasa, ana südü də o qədər sürətlə gələcək. 

1. Piylənmənin qarşısını alır
Əmizdirməyə başlanan ilk vaxtlar gələn südün tərkibi ilə əmizdirmənin sonundakı süd arasında fərq var. Ön süddə zülal, son süddə isə yağ nisbəti yüksək olur. Bu da körpədə doyma hissi təmin edərək piylənmənin qarşısını alır. Ana südü yarımçıq doğulan körpə üçün ən uyğun komponentdir. Bu süd sayəsində yarımçıq körpə kifayət qədər çəki alır.

2. Ciddi infeksiyalardan qoruyur
Ana südü bir çox mikroorqanizmə qarşı öldürücü təsirə malikdir. Tərkibindəki xüsusi fermentlər sayəsində körpələri təbii immunitetlə təmin edir. Nəticədə ananın keçirdiyi qızılca, məxmərə, suçiçəyi kimi xəstəliklərə qarşı ilk 9 ay körpəni qoruyur.

3. Allergik xəstəliklərin qarşısını alır
İlk günlərdə gələn ana südünə kolostrum deyilir. Bu süd körpənin bir çox xəstəliklərə qarşı qorunmasını təmin edir. Bu süddə yararlı bakteriyalar yetkin südə nisbətən daha çox olur. Körpənin bağırsağında faydalı bakteriyaların olmasını təmin edir. Nəticədə isə allergiya yarada biləcək maddələrin sorulmasına mane olur.

4. IQ göstəriciləri daha yüksək olur
Ana südü ilə qidalanan körpələrin orta hesabla IQ göstəriciləri digərlərində daha yüksək olur. Xüsusilə yarımçıq doğulan körpələrdə bu hal daha diqqətə çarpan formadadır. Bu mövzuda çox sayda araşdırmalar aparılıb. Sonuncu dəfə Yeni Zelandiyada 1000 nəfər üzərində 18 illik araşdırmanın nəticəsi göstərib ki, ana südü ilə qidalanan uşaqların həm zəka səviyyəsi, həm də təhsil həyatındakı uğurları daha yüksəkdir.



5. Böyümə faktorlarına təsiri
Ana südünün tərkibindəki müxtəlif böyümə faktorları körpənin bağırsaq və beyin kimi bir çox orqan inkişafına yaxşı təmin edir. Bu, körpənin gələcək həyatını təsir edən ən əhəmiyyətli xüsusiyyətlərindən birdir.

6. Böyrəklərində əlavə yük yaratmır
Kolostrum bağırsaq hərəkətlərini də sürətləndirərək ilk nəcis çıxışını asanlaşdırır. Mikroorqanizmlərə qarşı daha sıx qoruma faktoru ehtiva edir. Bu isə böyrəkləri də qoruyur.

7. Döş xərçənginə tutulma riskini aşağı salır
İmmunitet sistemini gücləndirən, infeksiya xəstəliklərindən qoruyan ana südünün digər möcüzəsi xərçəngə qarşı qoruma gücünün olmasıdır. Ana südü ilə qidalanan qız uşaqlarının gələcəkdə döş xərçənginə tutulma riskləri daha aşağıdır. Eyni zamanda, əmizdirən analarda da döş xərçənginə tutulma nisbəti aşağıdır.

8. Psixoloji dəstək təmin edir
Ana südü hər an hazırdır və körpənin ehtiyacı olduğu zaman verilə bilər. Beləliklə, körpənin ehtiyacı olduğu anda hazır olduğu üçün körpə daha az ağlayır. Eyni zamanda ana südü ananın hər zaman yanında olduğunu hiss edən körpə üçün psixoloji dəstəkdir. Ana südü həmçinin ananın həm özünə, həm də körpəsinə daha çox vaxt ayırmasını təmin edir.

9. Ağız təmizliyinə təsirlidir
Bəzi körpələr bir çox səbəblərə görə ana yanında olmaya bilər. Bu hallarda ananın südü sağılaraq körpəyə verilir. Əsasən də ciddi müşahidə altında olan yarımçıq körpə ağızdan qidalanmadıqda ağız təmizliyi üçün ana südünün istifadə edilməsi çox faydalıdır.

10. Həzmsizliklə bağlı problemlərin qarşısını alır
Körpənin ehtiyacı olan zülal, yağ, dəmir və vitamin kimi bir çox qida elementləri ilə zəngin olan ana südü, bədəndə daha asan həzm edilir. Nəticədə ana südü ilə qidalanan körpələrdə qəbizlik, ishal, qarın ağrıları az olur. Ana südü həmçinin körpələrdə diş əti xəstəlikləri, diabet, dəmir çatışmazlığı anemiyası, bişməcənin də yaranmasının qarşısını alır.

Südün olmaması stressinə düşməyin
Doğuşdan dərhal sonra ana südü stressi südün gəlməsini mane olur. Xüsusilə körpəsini yarımçıq doğan qadınlarda ana südü gecikə bilər. Bu, gözlənilən bir vəziyyətdir. Bu hal sizdə stressə yol açmamalıdır. Körpə nə qədər kiçik olsa da, anasının südü gəldiyi zaman döşləri əmməyə başlayır. Çünki yarımçıq körpəsi olan ananın südü körpəsinin həftəsinə uyğun olaraq gəlir. 

aile.fenomen.az
Top