Estrogen
Estrogen fibroblast hüceyrələrinin kollagen və elastin ifrazına səbəb olur. Bu hormonun səviyyəsi azaldıqda qırışlar görünür, üzün oval şəkli pozulur və döşlər sallanmağa başlayır. Estrogen səviyyəsinin aşağı olması ilə bədən sürətlə qocalmağa doğru gedir.
Estrogen necə artır?
Alimlər deyir ki, ət məhsulları estrogen ifrazını boğur. Odur ki, heyvan zülalları istifadəsini azaltmaq faydalıdır. Onların əvəzinə soya pendiri, soya südü, qəhvəyi düyü, kətan toxumu, təzə tərəvəz və meyvələr yeyin.
Biyan köklü serum və kremlər yaşlanma ilə mübarizə aparır, çünki tərkibində kollagenin ifrazını təmin edən antioksidantlar var.
Böyümə hormonu (somatotropin)
Somatotropin səviyyəsi azaldıqda əzələlər zəifləyir və qırışlar yaranmağa başlayır. Bununla birlikdə əhvalda pozulmalar meydana gəlir və bədənin gücü azalır. Böyümə hormonlarının səviyyəsi təbii olaraq necə artır?
Fiziki fəaliyyət
Məşq bu nöqtədə böyük əhəmiyyət daşıyır. Gəzmək və ya qantellə məşq etmək faydalıdır. Bununla yanaşı, saunaya getmək və duş almaq somatotropin səviyyələrini daha da artırır.
DHEA (dehidroepiandrosterone)
DHEA sakitləşdirici və qocalma əleyhinə hormondur. Bu hormonu bədən yalnız 30 yaşa qədər ifraz edir. DHEA düşməyə başlayanda, damarlar daha həssas olur və dəri elastikliyini itirir.
DHEA təbii olaraq necə yüksəlir?
Pəhrizə sağlam yağlar əlavə edin. Fındıq, kətan toxumu, yağlı balıq və avokado doymamış yağ turşularını ehtiva edir. Vücudumuz onlardan DHEA ifraz edir. Səhər yeməyində hər zaman zülal yeyin.
Səhər yeməyində zülal ifrazı əhval dəyişikliklərinə qarşı mübarizə aparır və sinir sisteminizi balanslaşdırır.
Melatonin
Melatonin gündəlik ritmləri tənzimləyir və sizə istirahət etmək vaxtı olduğunu xatırladır. Bu proses yuxu zamanı baş verir və bütün hüceyrələr yenilənməyə başlayır. Əgər melatonin hormonu düşməyə başlayırsa, bədən də vaxtından əvvəl qocalmağa doğru gedir. Bundan əlavə, qırışların, saç tökülməsinin və piqment ləkələrinin meydana gəlməsinə gətirib çıxarır.
Melatonin səviyyəsi necə artır?
Banan, pomidor, düyü və qarğıdalı yeyin. Alkoqoldan, siqaretdən və çoxlu kofein ehtiva edən məhsullardan çəkinin. Onların istifadəsi melatonin hormonunu azaldır və ifrazını dayandırır.
Kortizol
Stress hormonu kortizol erkən yaşlanmaya səbəb olur. Dəri qurumağa və qabıq verməyə başlayır. Dəridə qırışlar, yağlılıq və sızanaq kimi hallar meydana gələ bilər.
Kortizol səviyyəsini necə azaltmaq olar?
Hər gün kifayət qədər su için.
Alimlər musiqi terapiyasının stress səviyyəsini azaltdığını deyir.
Meditasiya da bədəninizin kortizol səviyyəsini dərmansız azaltmağa kömək edir.
İnsulin
İnsülin qandakı qlükoza səviyyəsini artırır. Onun pozulması erkən yaşlanma əlamətlərini ortaya çıxarır. Şəkər miqdarının yüksəlməsi qırışların yaranmasına gətirib çıxarır.
Dərini həddindən artıq şəkərdən necə qoruya bilərsiniz?
A vitamini olan kremlər və serumlar dərinizdə kollagen ifrazını artırır. Tərkibində C, E vitaminləri olan məhsullardan və yaşıl çaydan istifadə etməyə diqqət yetirin.
Qışda belə günəş kremi istifadə edin. Günəş şüaları elastin liflərini məhv edərək yaşlanma prosesini sürətləndirir.
Aytən Məftun