400 illik tarixi olan 13 qızıl qayda

400 illik tarixi olan 13 qızıl qayda

1620-ci ildə ravvin (iudaizmdə ustad, dahi) İçhak Ben Elyakın qızı üçün yazdığı “Xeyirxah qəlb” kitabında ideal qadın barədə 13 qızıl qayda yer alıb.

1. Yatmış kişini oyatmayın.

2. Əriniz yeməyin hazır olmasını çox gözləməli deyil.

3. Aclıq qəzəbin atasıdır.

4. Ona etiraz etməyin və iddia etməyin ki, sizin məsləhətiniz onun təklifindən daha yaxşıdır.

5. Ona zərər verən və ya incidən heç bir şey söyləməyin.

6. Ərinizlə kral kimi davransanız, o da sizinlə əsl kraliça kimi rəftar edəcək.

7. Onun düşmənlərini tərifləməyin və dostlarına nifrət etməyin.

8.
Ondan mümkünsüz şeylər gözləməyin və tələb etməyin.

9. Onun pulları ilə ehtiyatlı olun.

10. Pulunuzu ondan gizlətməyin.

11. Onun sirlərini sirr olaraq saxlayın.

12. İstəklərinə diqqət yetirsəniz, o da sizin qulunuz olacaq.

13. Əriniz qəzəbli olduğu zaman diqqətli olun. O an nə çox şən, nə də sərt olmayın — gülümsəyib sakit və yumşaq səslə danışın.
Top