Keqel hərəkətləri

Keqel hərəkətləri

Keqel hərəkətləri kiçik çanaq əzələlərinin, sidik kisəsinin, düz və nazik bağırsağın əzələlərinin tonusda qalması üçün tətbiq edilən hərəkətlərdir. 

İlk dəfə bu metodikanı ХХ əsrdə ginekoloq Arnold Keqel işləyib hazırlayıb. Bundan sonra kiçiq çanaq əzələləri Keqel əzələləri adlandırılmağa başlayıb.

Kiçik çanağın əzələləri gündəlik həyatda əsasən də doğuşdan sonra demək olar ki, hərəkət etmir. Buna görə də yaş artdıqca bu əzələlər tonusdan düşərək öz funksiyalarının öhdəsindən gələ bilmirlər. Nəticədə də sidik və nəcisi saxlaya bilməmə, həmçinin də seksual həyatda bir sıra problemlər yaranır. Bunlardan uzaq olmaq üçün isə mütəmadi olaraq Keqel hərəkətləri etmək lazımdır.

Hərəkətlərə hazırlıq
Keqel hərəkətlərinə başlayarkən sidik kisəsi boş olmalıdır. Bu hərəkətləri oturaraq, uzanaraq və ayaq üstə etmək olar. Yaxşı effekt əldə etmək üçün gündə 3-4 dəfə, hər dəfə də 5-40 hərəkət etmək lazımdır. Hərəkətlərin sayını birdən artırmaq olmaz, bu, yalnız problemi ağırlaşdıra bilər.

Ev şəraitində edilən Keqel hərəkətləri 



1. «Saxlama» hərəkəti
Çanaq dibi əzələlərini 5-10 saniyə ərzində sıxaraq saxlayın, sonra isə buraxın. İlk əvvəl bu hərəkəti 10 dəfə olmaqla gün ərzində 4 dəfə edin. Daha sonra bu rəqəmi 50-yə çatdırın.

2. «Sıxma» hərəkəti
Ritmik bir şəkildə çanaq əzələlərini sıxın və 5 saniyə ərzində saxlayın. Gün ərzində 10 dəfə olmaqla 3-5 dəfə həyata keçirin. Bir müddət sonra vaxtı 10 saniyəyə qədər uzadın.

3. «Lift» hərəkəti
Təsəvvür edin ki, liftdə yuxarı və aşağıya doğru hərəkət edirsiniz. Çanaq dibi əzələlərini yuxarı və aşağı istiqamətdə gərginləşdirin. Ən yüksək və ən aşağı həddə çatdıqda isə əzələləri sərbəst buraxın.

4. «Dalğa» hərəkəti
Bu hərəkət zamanı yalnız uşaqlıq yolunun və anusun əzələləri hərəkət edir. Bunun üçün əvvəl uşaqlığın əzələlərini, daha sonra isə anusun əzələlərini növbə ilə sıxıb buraxmaq lazımdır. Bu hərəkətlər 10-20 saniyə ərzində həyata keçirilməlidir.

5. «Gücvermə» hərəkəti
Bu hərəkət hamilə qadınlar üçün çox effektlidir. Əvvəl bağırsağı boşaltmaq lazımdır. Daha sonra isə nəfəsinizi saxlayaraq azacıq güc verin. Bu hərəkəti oturaraq və ya uzanaraq etmək olar. 

Bundan əlavə, həkimlər nəfəs hərəkətləri etməyi də məsləhət görürlər. Bu 5 hərəkəti həyata keçirərək bir neçə müddətdən sonra fantastik nəticə əldə edəcəyinizə əmin ola bilərsiniz.

medicina.az
Top