Menstruasiya sancılarına faydalı 10 məsləhət

Menstruasiya sancılarına faydalı 10 məsləhət

Xüsusi günlərdə özümüzü çox yorğun və həssas hiss edirik. Ağrılar və sancılar mensturasiya dövründə daha da enerjimizi aşağı salır və onsuz da həssas olan bədənimizi və duyğularımızı daha da tarıma çəkir. Bunun üçün də faydalı ola biləcək şeyləri sizin üçün araşdırdıq. Ağrı və sancılardan qurtulmaq istəyirsinizsə, aşağıdakıları tətbiq edə bilərsiniz.

1. İsti su torbası
İsti su torbasının sizə nə qədər faydalı olduğuna inana bilməyəcəksiniz. Torbanı qarnınızın üstünə qoyaraq qan axışını sürətləndirərək rahatlaşa bilər və ağrılarınızı yüngülləşdirə bilərsiniz. Alimlərin fikrinə görə bu metod ağrı kəsicilərlə eyni təsirə malikdir — 1 saata qədər.

2. Tünd şokolad yeyin
Mensturasiya dövründə ciddi miqdarda maqnezium itiririk. Bu səbəblə də 70%-i kakao olan bir qida itirdiyimiz mineralı geri qazanmağımıza kömək edər. Lakin kofein və digər şəkərli şokoladlardan uzaq durmalısınız!

3. Seks
Orqazm olmaq, miqrenə, baş ağrılarına və mensturasiya sancılarına kömək edir. Rəhm orqazm sonrasında sıxıldığı üçün qan axışı sürətlənir və beyin avtomatik olaraq ağrının təsirini azaldan kimyəvi maddələr ifraz edir.

4. Daha çox su
Aybaşı dövründə mümkün olduğu qədər çox su içmək lazımdır. Çünki bu günlərdə bədənimizin susuz qalması çox normaldır. Su içərək halsızlıq və bezginliyin də simptomlarını aradan qaldıra bilərsiniz.

5. Vinyasa yoqa
Məşq etmək sancı və enerji itkisi kimi simptomlara kömək edir, buna şübhə yoxdur. Amma xüsusilə Vinyasa yoqa, bədənimizdəki ağrıları minimuma endirəcək zərif hərəkətlərlə bizə kömək edir.

6. E vitamini
Araşdırmalara görə mensturasiya dövründə E vitamini qəbul edən qadınların sancıları azalmağa başlayır.

7. Daha çox kalsium
Xüsusi günlərimiz yaxınlaşmışkən gündə 1200 mq kalsium qəbul etməyimiz ağrıları yarıya endirməyimizə kömək edəcək.

8. Daha az duz
Duzun çox istifadəsi zamanı bədənimiz özündə daha çox su saxladığı üçün bu şişkinliyə səbəb olur. Xüsusi günlərdə duzla çox da səmimi olmamaq lazımdır.

9. Kofe içməyin
Təəssüf ki, kofe asılığı olanlar üçün pis bir xəbərdir. Kofein aybaşı dövründəki simptomları pisləşdirdiyi və bədənimizdəki esterogen səviyyəsini artırdığı düşünülməkdədir.

10. Daha çox yuxu
Aybaşı zamanı yuxu rejimimizin pozulması normaldır və elm tərəfindən təsdiqlənmişdir. Yuxusuzluq bizim halsızlaşmağımıza və əsəbi olmağımıza gətirib çıxarır. Sağlam qərarlar verə bilməməyimizə səbəb olur və insanlarla olan ünsiyyətimizi çətinləşdirir. Bu səbəblə də yatarkən göz maskasından istifadə edin və gün boyunca yatağınızda qalmağa çalışın. Ediləcəklər siyahısı bir az gözləyə də bilər.
Top