Bu iki metalı heç vaxt birlikdə istifadə etməyin! Qızıl və gümüş əsrlərdir ki, əks enerjilərin təcəssümü sayılır. Hətta bioenerjiylə tanış olmayan adam da bilir ki, qızılla gümüş çox pis uzlaşır.
Bu iki qiymətli metalı birlikdə taxdıqda onların şəfalı xassələri çox vaxt işləyə bilmir. Qızıl və gümüş iki tamamilə müxtəlif enerji axınının bir-biri ilə uzlaşmamasının parlaq nümunəsidir.
Gümüş qızılı dağıdır
Qızıl daha yumşaq materialdır. O, öz fiziki xassələrinə görə gümüşün əksi sayılır. Onların birlikdə istifadəi təhlükəlidir. Məsələn, biri gümüş, digəri isə qızıl boyunbağı taxsanız, gümüş qızılın müsbət təsirini siləcək, çünki gümüş qızıldan daha bərkdir. Parıltısına və gözəlliyinə baxmayaraq, qızıl yumşaq və elastik metaldır. O, yalnız insan dərisi ilə qarşılıqlı təsirə girə bilir.
Əgər dünyanın müxtəlif metallarından hazırlanan bəzək əşyalarını eyni anda taxmağı çox istəyirsinizsə, onda elə edin ki, onlar bədəninizə toxunmasın.
Əks halda əsəbi gərginliyə səbəb olur
Qızıl zinət əşyaları dinamik enerji strukturuna malikdir, gümüşlər isə sakit və stabildir. Ziddiyyətlərin belə toqquşmasına görə, metalların pozitiv xüsusiyyətləri mənfilərə çevrilə və ya neytrallaşdırıla bilər.
Əgər eyni vaxtda qızıl və gümüş taxsanız, əsəbi ola bilərsiniz. Bu vəhdət təhlükəlidir, çünki yaxın insanlarla dalaşmağa, küçədə, işdə və nəqliyyatda münaqişəli vəziyyətə düşməyə risk edirsiniz. İnsanlar özü əvvəlcə hiss etməsə də, belə uyğunluq əsəb sistemini çox gərginləşdirir.
Bu, insanları sizdən uzaqlaşdırır
Qızıl və gümüş arasındakı uyğunsuzluq ətrafdakı insanlar arasında da hiss olunur. Yaxınlar, dostlar və kolleqalar özünü sizin yanınızda narahat hiss edəcəklər. Odur ki, bunun baş verməməsi üçün qiymətli iki metalı ayrı-ayrılıqda istifadə edin.
Qızıl ilə gümüşün birləşməsi nəticəsində sizin qüsurlarınız və gücsüzlüyünüz daha aydın nəzərə çarpan olacaq. Siz daha xudbin, riyakar, davakar və qısqanc ola bilərsiniz. Bunu sizinlə uzun illər tanış olanlar daha çox hiss edəcək. Yeni insanlarla tanış olmaq da xeyli çətin olacaq.
Qızılla gümüşün vəhdəti sizi neqativə qarşı həssas edəcək
Məlum olduğu kimi, qızıl sizə nəzərin və ya lənətin mövcudluğunu göstərə bilər. Bütün bunları yalnız gümüş aradan qaldıra bilər. Elə düşünə bilərsiniz ki, qızılla gümüşün vəhdəti neqativə qarşı ən yaxşı qoryucu vasitədir. Lakin belə deyil, onların birlikdə istifadəsi sizi neqativdən qoruya bilmir.
Əgər yanınızda enerji vampiri olarsa, böyük ehtimalla ilə siz onun qurbanı olacaqsınız. Eyni hal sizə pislik istəyən insana da aiddir. Siz böyük dozada mənfi enerji axınına məruz qala bilərsiniz. Bu, işlərinizə, fikirlərinizə və arzularınıza təsir edə bilər.
Qızıl və gümüş qarışığı immuniteti zəiflədir
Qızıl ilə gümüşün birləşməsi xəstəliyin inkişafında katalizator rolunu oynaya bilər. Əgər siz eyni zamanda qızıl və gümüş zinət əşyaları taxsanız, onda risk dəfələrlə artacaq. Adətən gümüş immuniteti artırır, amma qızıl onu başqa cür işləməyə məcbur edir.
Qızılı və gümüşü virus xəstəliklərinin yayılma ehtimalı çox olduğu dövrlərində — yazda və payızda birlikdə taxmamağa çalışın. Bundan başqa, hər iki metalı eyni anda taxmağa çalışan adamların çoxu əzginlik və zəiflikdən şikayətlənirlər. Bir-birinə qarşı çıxan iki energetika gücünün simbiozu fiziki və emosional dözümün azalmasına gətirib çıxarır.
Ətrafımızdakı enerjinin niyə vacib olduğunu başa düşmək üçün biofildin nə olduğunu başa düşmək lazımdır. Hər bir insanın gücləndirilə biləcəyi və ya zəiflədiləcəyi görünməz bir enerji qalxanı var. Qızıl və gümüşün birləşməsi bu qalxanın qoruyucu funksiyasını dayandırmasına səbəb ola bilər. Odur ki, sözügedən iki metalın vəhdəti xüsusilə təhlükəlidir.
publika.az