Mütəxəssislər qadınların gündəlik istifadə etdikləri bezlərin sağlamlıq baxımından zərərli olduğunu açıqlayıblar.
Həmin bezlər vagina ağzı qismində bakterial infeksiyaların yaranmasına səbəb olur və bu haldan əksər qadınların xəbəri yoxdur. Bu infeksiyalar isə müəyyən xəstəliklər yaradır. Xüsusilə genital səpki və göbələk bu bakteriyalar üzündən ortaya çıxan xəstəliklərdən bəziləridir.
Bezlər yapışqan bantlı olur
Gündəlik bezlərin alt qismindəki yapışqan plastikdən hazırlanır, dəri isə buna görə nəfəs almır. Bu da dərinin qızarıb aşınmasına səbəb olur.
Vagina nəmli şəraitə məruz qalır
Gün boyu axan genital axıntı gündəlik bezlərin üzərinə yığılır. Bu da vagina ağzında islaqlıq və istiliyin artmasına səbəb olur. Bakterial infeksiyalar bu cür şəraitlərdə daha çox çoxaldığından vagina ağzında sızanaq və səpki yaranır.
Mütəxəssislərin tövsiyə etdiyi bezlər
Mütəxəssislər 95 faiz pambıqdan hazırlanan bezləri məsləhət görür. Bu bezlər nəm səviyyəsini azaldıb aşınma riskini ortadan qaldırır. Həmçinin mütəxəssislər gündəlik bezlərin gün boyu istifadə edilməməsini və iki saatdan bir dəyişdirilməsinin vacib olduğunu bildirirlər.