Qadınların bədən quruluşunun bir neçə tipi mövcuddur. Onlardan ən tez-tez rast gəlinən tiplər «alma» və «armud»dur. Alma bədən quruluşu olan qadının omba və çiyinlərinin eni eyni, beli enli olur. Kökələndə bu qadınlar əsasən qarın nahiyəsindən kökəlir ki, nəticədə bədənin yuxarı hissəsi daha «ağır» görünür. Armud bədən tipi olan qadınların ombası enli, çiyinləri və döşü dar, beli incə olur. Bu qadınlarda bədənin aşağı hissəsi daha «ağır» görünür.
Piyin qarın nahiyəsində yığılması «alma» bədən tipinin əsas mənfi cəhətidir. Qarın nahiyəsində yığılan piy (visseral piy) daxili orqanları sıxır, onların fəaliyyətini pozur. Bundan əlavə bu piy daha tez qana və həmçinin ürək və qaraciyər kimi orqanlara daxil olur.
Komsomolskaya pravdanın məlumatına görə, alman həkimlərinin araşdırmaları göstərib ki, «alma» bədən quruluşu olan qadınlarda infarkt, insult və şəkərli diabet kimi xəstəliklərin riski artmış olur. Əksinə isə «armud» bədən quruluşu olan qadınlarda bu xəstəliklərin riksi daha aşağı olur ki, omba və sağrı nahiyələrində yığılmış piy sağlamlığa ziyan vurmur.
Beləliklə, bədəniniz daha çox «alma»ya bənzəyirsə, sağlamlığınıza qarşı diqqətli olun, artıq çəki yığmayın.