Abortdan əvvəl və sonra

Abortdan əvvəl və sonra

Abort qadın üçün əhəmiyyətli qərarlardan biridir. Abortdan sonra psixoloji olaraq yaxşı hiss etməyiniz üçün bir psixoloqdan da kömək ala bilərsiniz.
Abort etdirəcəyiniz gün yalnız olmamağınız məsləhətdir. Anesteziya alacağınız üçün yanınızda duracaq və sizə kömək olacaq birinin olması yaxşıdır.

Həkiminizlə lokal, yaxud ümumi anesteziyanı seçməyinizlə bağlı məsləhətləşin. Uşaq əmizdirirsinizsə, lokal anesteziyanı istəyə bilərsiniz. Sizin üçün uyğun varianta həkiminizlə birlikdə qərar verə bilərsiniz. Ümumi anesteziya tətbiq olunacaqsa, adətən əməliyyatdan öncəki 6 saat boyu yemək yeməməli və su içməməlisiniz. Bununla əlaqədar dəqiq məlumatı yenə də həkiminizdən alın.

Proses öncəsi və sonrası da dincəlməyiniz lazım ola biləcəyindən, abort etdirəcəyiniz gün üçün başqa bir plan qurmamağınız məsləhətdir.
Ümumi anesteziyadan sonra avtomobil istifadəsi tövsiyə edilmədiyindən, abort prosesi üçün xəstəxanaya öz maşınınızla getməyin.
Abortdan sonra özünüzü yaxşı hiss etməyiniz üçün rahat paltarlar geyinin.

Abortdan sonra diqqət edilməli olan məqamlar hansılardır?
  • Bir müddət dincəldikdən sonra həkiminiz əksini söyləmədiyi təqdirdə nəsə yeyib-içməyiniz yaxşı olar. Qidalandırıcı, yüngül və enerji verən qidalar, və içkilər seçə bilərsiniz.
  • Bir müddət menstruasiya ağrısına bənzər sancılar hiss etməyiniz normaldır. Həkiminizin məsləhət gördüyü ağrıkəsicilərdən qəbul edə bilərsiniz.
  • Proses zamanı antibiotik verilməyibsə, abortdan sonra sizə bir müddət antibiotik təyin oluna bilər. Reseptinizi alarkən dərmanları necə istifadə edəcəyinizi mütləq həkiminizdən öyrənin.
  • Abortdan sonra müəyyən qədər qanamanızın olması normaldır. Ya da heç qanamanız olmaya bilər. Yenə də normal olmayan bir qanama yaşadığınızı düşünürsünüzsə, həkiminizə məlumat verin.
  • Abortdan sonra 40 gün ərzində mentruasiya olmasanız, bu haqda həkiminizlə danışın.
  • Abortdan sonra qanamanız davam edirsə, cinsi əlaqəyə girməyiniz məsləhət deyil. Eyni şəkildə hovuza, vannaya, ya da dənizə də girməməlisiniz.
  • Abort etdirdikdən sonra psixoloji olaraq özünüzü narahat hiss etdiyinizi düşünürsünüzsə, bir psixoloqdan kömək alın.
Top