Qadınlarda "kişi" hormonu

Qadınlarda "kişi" hormonu

Testosteron kişilərin əsas hormonu sayılır. Bu hormonun təsiri altında kişilərə xas olan bədən quruluşu, tüklənmə tipi, digər xüsusiyyətlər (xasiyyət, davranış, təfəkkür və s.) formalaşır. Testosteron spermatozoidlərin hazırlanmasında iştirak edir, kişilərdə potensiyanı stimullaşdırır. Lakin bu hormon tək kişi orqanizmində deyil, qadın orqanizmində də hazırlanır. Təbii ki, qadınlarla müqayisədə kişilərdə bu hormonun səviyyəsi xeyli yüksəkdir.

Testosteron həm qadınlarda, həm də kişilərdə orqanizmin bir çox orqan və sistemlərin fəaliyyətinə təsir edir. Testosteron əzələ toxumasının yığılmasına təsir edir. Məhz bu səbəbdən kişilərdə qadınlarla müqayisədə əzələ toxuması daha çox olur və daha tez yığılır. Qadınlarda isə piy toxuması daha çox olur. Məhz bu səbəbdən kulturizm, bodibildinq və s. buna oxşar idman növləri ilə məşğul olan qadınlarda əzələ toxumasının həddən artıq yığılması yalnız tərkibində testosteron olan xüsusi dərman preparatların köməyi ilə mümkündür.

Testosteron insanın əqli fəaliyyətinə də böyük təsir edir. Bu səbəbdən tanınmış fizik, riyaziyyatçı, kimyaçı, kibernetik və s. alimlərin arasında qadınlar ya heç yoxdur, ya da olduqca azdır.

Qadınlarda testosteron follikulun yetişməsinə təsir edir. Qadın orqanizmində testosteron hormonun səviyyəsinin artması sonsuzluğa, hamilə qadında isə dölsalmaya səbəb ola bilər. Məhz bu səbəbdən sonsuzluqla bağlı həkimə müraciət edən qadını digər müayinə və analizlərlə yanaşı qanda testosteronun səviyyəsini təyin etməyə göndərirlər. Qadınlarda testosteron hormonun səviyyəsinin artması «hiperandrogeniya» adlandırılır.

Bəzi simptomlar qadında hiperandrogeniyanın inkişafına işarə edə bilər:
— menstruasiyaların qeyri-müntəzəm olması,
— artıq tüklənmə. Bu halda tüklənmənin artması qadınlar üçün xas olmayan yerlərdə
— kürək və sinə nahiyəsində, üzdə müşahidə olunur.
— xasiyyətdə və davranışda dəyişikliklər (aqressivlik, seksual və fiziki aktivliyin artması və s.)
— dərinin quru olması,
— saçların yağlı olması və tökülməsi,
— güclü tərlənmə.

Hiperandroqeniyanın əsas səbəbləri:
— böyrəküstü vəzlərin (qadın orqanizmində bu vəzlər testosteron hazırlayır) fəaliyyətinin artması,
— irsiyyət,
— bəzi dərman preparatlarının uzun müddət ərzində qəbulu.

Əgər analizlərin nəticəsində qadında hiperandrogeniya aşkar olunarsa, ona xüsusi hormonal müalicə təyin olunur.

saglamolun.az 
Top