"Təhlükəli" qadınların 10 möhtəşəm özəlliyi

"Təhlükəli" qadınların 10 möhtəşəm özəlliyi

Cəmiyyətdə “təhlükəli qadın” adlandırılan xüsusi qadınlar var. Bəs onların belə adlandırılmasının səbəbi nədir? Təhlükəli olmalarının arxasında hansı səbəblər yatır? Gəlin, bu mükəmməl qadınların ən vacib 10 xüsusiyyətini birlikdə nəzərdən keçirək.

1. Ürəkləri istədiyi kimi geyinirlər
Onların qarderobları müxtəliflik üzərində qurulub. Hiss etdikləri kimi geyinməyi sevirlər və ətrafdakıların fikirlərindən zərrə qədər də narahat olmurlar. Özlərinə olan inamları ətraflarını da sanki sehrə salır və başqalarında xor görüləcək hər şey bu qadınlar üçün adi hal kimi görülür. Çünki onların fikirlərinə və seçimlərinə qarşı çıxmaq hər adamın bacaracağı iş deyil.

2. Hər şeyi böyük həyəcan və ehtirasla edirlər
Hər şeyi böyük həvəs və həyəcanla edirlər. Kişilər bu cür qadınların yanında özlərini rahat deyil, canlı hiss edirlər. Münasibətdə olduqları kişiyə macəra və həyəcan dolu sevgi bəxş edirlər. Əgər rahatlıq axtarırsınızsa, bu qadınlardan uzaq durun. Çünki, yəqin ki münasibətiniz alınmaz və bu qadınlar sizi daha tez tərk edərlər.

3. Xilas gözləyən balaca qızcığaz olmaq onlara uyğun deyil
Kişilər qəhrəman olmağı sevirlər. Bunu yaxşı bilən qadınlar da özlərini xilas olmağa ehtiyacı olan qızcığaz roluna salmağı sevirlər. Lakin, bizim danışdığımız qadın tipi bunu etməyi heç ağlına da gətirməz. O, buna alçalmaq kimi baxır və özü güclü olmağı sevir. Onunla olmağı seçən kişi də bunu bilərək münasibətə başladığı üçün güclü şəxsiyyətə malik bir insan olur. Belə qadınlar heç kimin iradəsiylə hərəkət etmir və seçimlərinə 100 faizlik hörmət tələb edirlər. Onları kiminsə yönləndirməsi mümkün deyil.

4. Diqqət çəkirlər
Qadın nə qədər gözəl olursa olsun, özünə inamı yoxdursa, heç vaxt diqqət çəkməyəcək. Lakin özünə inamı yüksək olan qadınlar hər yerə işıq kimi yayılırlar. Onların gəzişi, davranışları və səslərindəki inam qıvılcımları hər kəsin diqqətini çəkir. Bu qadınlar ilk görüşdən insanda çox böyük təəssürat yaratmağı bacarırlar.

5. Hər şeyi konkret və açıq deməyi bacarırlar
Özlərini ifadə etməklə bağlı problemləri yoxdur və simalarını heç vaxt gizlətmirlər. Onları olduqları kimi qəbul etmədiyiniz halda, həyatlarına daxil ola bilməzsiniz. Bir çox insan yalanı sevmədiyini desə də, qarşılarına açıq sözlü insanlar çıxdıqda qaçmağı üstün tuturlar.

6. Mübarizdirlər
Keçmiş onlar üçün ancaq bir şeyə görə dəyərlidir – bu gün olduqları insanı formalaşdırdığı üçün. Yaşadıqları bütün çətinliklərə baxmayaraq, heç vaxt mübarizə etməkdən əl çəkmirlər. Həyatdakı bir çox şeyin dəyərini bilməyi öyrəniblər. Onları incidən insanlardan da çox şey öyrənməyi bacarıblar və nə qədər yıxılsalar da, mütləq qalxmaq üçün özlərində güc tapırlar.

7. Sevgiləri də güclüdür
Bu qadınlar qarşılarındakı insanı olduğu kimi qəbul edib, sevməyi bacarırlar. Onlar kimisə dəyişdirməyə çalışmır, sevdikləri insanla qarşılıqlı və böyük sevgi yaşayırlar. Özləri qədər sevgiləri də güclüdür.

8. Eqoizmə deyil, fədakarlığa inanırlar
Onlar eqoist deyillər, sevdikləri insanlar üçün planlarını dəyişdirmək gücü tapacaq qədər cəsarətlidirlər. Fədakarlıq etmək onlar üçün alçalmaq deyil. Əgər bir şeyin doğruluğuna ürəkdən inansalar, həmin şey üçün hər şeydən keçməyə hazırdırlar.

9. Sizə bir çox şey öyrədə bilərlər
Əgər eqonuz şişkindirsə və qadının sizə nəsə öyrətməsini qəbul etməyi özünüzə sığışdırmırsınızsa, bu qadınlar sizlik deyil. Hətta siz onlarla bir yerdə olmaq istəsəniz də, bir addımlıqlarına da yaxınlaşa bilməzsiniz. Bu qadınlar özünə inamı olan və hər şeyə açıq olan güclü kişilərin yanında olurlar. Siz onlardan həyata dair mütləq nəsə öyrənə bilirsiniz.

10. Hissləri güclüdür
Nə qədər güclü olsalar da, onlar öz hisslərinə təslim olmağı da bacarırlar. Təhlükəli qadınlar təbii olan heç nəyi ayıb hesab etmirlər. İncidikdə ağlamağı da bacarır, lakin daha sonra mütləq qəti qərarlar qəbul edirlər.
Top