Qadınlar haqda yanılmalar

Qadınlar haqda yanılmalar

1. Ailəni yedizdirən qədimdən bəri kişilər olub.
Amerikan arxeoloqları müəyyən ediblərki, tayfanı yedizdirən kişilər yox, qadınlar olub. Yeməyin 80 faizini onlar tapıb gətirirmişlər. Məhz qadınlar meyvələri, qozları, quş yumurtalarını yığırmışlar. Kişilərin tapdığı ət isə hər zaman ələ düşmürdü, hər gün ov ovlamaq onlara nəsib olmurdu. Qadınlar isə əqrabalarını meyvələrlə, yumurtalarla müntəzəm olaraq yedizdirirdilər.

2. Analar öz uşaqlarını qoxusuna görə tanıyır.
İsveç tədqiqatçıları bu məsləkin yalan olduğunu üzə çıxardıblar. Onlar 1 aylıq 24 uşağı və 2-3 yaşlı 24 uşağı çarpayıda yatızdırıblar. Əyinlərinə isə qoxunu yaxşı hopduran xüsusi köynəklər geydiriblər. Sonra onların köynəyini çıxardıb valideynlərə iyləmək üçün veriblər. Heç bir ana öz uşağını düzgün tapa bilməyib. Qəribədir ki, bu eksperimentdə kişilər daha hissiyatlı olub: Onlardan çoxu öz körpələrini iylərinə görə tapa biliblər. Hətta bəzi kişilər böyük yaşlı uşaqlarını da qoxusuna görə tanıya bilib.

3. Qadınlar uşaqlarla daha yaxşı dil tapır.
Amerikanın Kaliforniya universitetinin professoru Ross Park təyin edibki, atalar öz uşaqları ilə analara nisbətən daha çox söhbət edirlər, və körpələri daha tez tez öpürlər. Və adətən işdən yorğun gələn kişilər uşaqlarla ünsiyyətlə olmaqla sanki öz yorğunluqlarını çıxardıb istirahət edirlər. Qadınlar isə istirahətlərini güzgü qarşısında və ya rəfiqəylə söhbət etməklə keçirirlər.

4. Aqressivlik – kişilərin əsas xüsusiyyətidir
Tədqiqatçılar müəyyən ediblərki aqressiyayanı büruzə vermək yalnız kişilərin xüsusiyyəti deyil. Demə kişilər yalnız uşaq yaşlarında aqressiyaya meyilli olurlar. Qızlar isə həmin vaxt aqressiyanı başqa üsulla göstərirlər, küsmək, fors və s. Böyüyəndən sonra isə fərq tamamilə itir. Və aqressivlikdə qadın kişidən fərqlənmir.

5. Qadın kişidən az qazanır.
Sosioloqların apardığı sorğunun nəticəsinə görə ABŞ-da 30% qadınlar öz ərindən daha çox qazanır. Rusiyada 36% qadın, Avropada isə 60% qadının qazancı kişilərdən daha çoxdu.

6. Qadınlar dözümsüzdür və həyata uyğunlaşmaqda çətinlik çəkirlər.
İtalyan tədqiqatçıları hesab edirlər ki,qadınlarda olan ikiqat XX xromosomları (kişilərdə XY) onları bir çox xəstəliklərdən qoruyur, məsələn, əzələ distrofiyası, hemofiliya, ürək damar xəstəlikləri, şəkər, alkoqolizm və xərçəngin bir çox növlərindən. Məhz buna görə qadınların orta ömrü 83,3 il, kişilərinki isə 77, 4 ildir. Bu və digər səbəblərdən qadınlar həyata daha yaxşı uyğunlaşırlar və çətinliklərin öhdəsindən daha uğurla gəlirlər.

7. Qadınlar fiziki ağrılara çətinliklə davam gətirirlər.
Siena universitetinin fizioloqu Aloizi hesab edirki, qadınlar daha dözümlüdür. Baxmayaraq ki, kişilərdə ağrıya qarşı davam gətirməkdə testosteron hormonları yardımçı olur. Qadınlarda bu hormonlar daha azdı, amma onlar dözə bilirlər.

8. Qadınlar daha təmizkardır.
Hətta bu məsləkin yalan olduğunu tədqiqatçılar üzə çıxarıblar. Arizona ştatının bioloqu Çarliz Gerb iş stollarını, telefonları, komputerləri, klaviyaturaları, papkaları və çantaları müayinə edəndən sonra bu nəticəyə gəlib ki, adı çəkilən əşyalarda olan qadın bakteriyaları kişi bakteriyalarından 4 dəfə çoxdu. Tədqiqatçılar bunun səbəbini qadınların cürbəcür kosmetikadan, kremlərdən istifadə etməsində görürlər. Qadınların istifadə etdiyi bu vasitələr mikroorqanizmlər üçün bol yemdir.

9. Qadınlar pornoqrafiyanı sevmir.
Sosioloqlar sorğu vasitəsiylə bu nəticəyə gəliblər ki, pornoqrafiya qadınların çox faizini cəlb edir. Kişilərin 73%-zi pornonu sevir. Qadınlarda kişilərdən heç də geri qalmamalarına baxmayaraq bu sahəyə maraqlarını sadəcə gizlədirlər.

10. Qadınlar kişilərə nisbətən daha gec ehtiraslanır.
Kanadada Tibb universitetinin tədqiqatçıları Tuuli Kukkonen və İrva Binik 100 qadına və 100 kişiyə porno film göstəriblər. Kişilərin ehtirasın pik nöqtəsinə orta hesabla 665 saniyəyə çatıblar. Qadınlar isə 743 saniyəyə. Doktor Kukkonen təxminən 2 dəqiqəlik fərqin statistik məna daşımadığını deyib: Hər iki cinsin nümayəndələrinə ehtiraslanmaq üçün təxminən eyni vaxt tələb olunur.
Top