Hilary Jacobsonun “Mother Food” adlı kitabında tərtib etdiyi südartıran (laktogen) məhsulların siyahısı hər bir əmizdirən anaya faydalı ola bilər. Müəllif kitabında irihəcmli araşdırmalarına yer verib və əmizdirən analara aşağıdakı məhsullardan istifadə etməyi tövsiyə edir. Onun verdiyi siyahını milli mətbəximizə uyğunlaşdıraraq nəzərinizə çatdırırıq.
1. Ət və balıq məhsulları: toyuq, hind toyuğu, krab, kalmar.
2. Dənlilər: arpa, yarma, yulaf, qarbaşaq, qəhvəyi düyü.
3. Paxlalılar: noxud (həmçinin yaşıl noxud), qırmızı və yaşıl mərcimək, müxtəlif növ lobya və paxla,
4. Ədviyyat və toxumlar: sarıkök, şüyüd toxumu, razyana toxumu, zirə, qara istiot, dəniz duzu, karri, zəncəfil tozu, küncüt toxumu, çörəkotu toxumu, badam, günəbaxan tumu, balqabaq tumu.
5. Quru meyvələr və təbii şəkər mənbəyi: xurma, əncir, qaysı, bal.
6. Meyvələr: ərik, şəftalı, nektarin, gavalı, şirin gilə meyvələr, əncir.
7. Yağlar: badam yağı, kətan yağı, zeytun yağı, küncüt yağı.
8. Tərəvəzlər: soğan, sarımsaq, zəncəfil kökü, yaşıl lobya, kök, çuğundur, gülkələm, brokkoli, kartof.
9. Göyərtilər: ispanaq, kahı, pazı yarpağı, reyhan, şüyüd, razyana, keşniş
vib.az