Xoşbəxt qadının 8 əlaməti

Xoşbəxt qadının 8 əlaməti

Əksəriyyətimiz həmişə gülərüz, günəş kimi parlaq, nurlu xanımlara gündəlik həyatımızda rast gəlirik. Bir çox suallar doğur. Onların belə gözəl görünməsinə səbəb nədir? Genin təsiri? Problemsiz həyat? Gözəllik salonlarının təsiri? və s.

1. Qadınlar ailələrinə, evlərinə, uşaqlarına pul xərcləyib ehtiyacları ödəməyi sevirlər. Amma özlərinə növbə çatanda bir az xəsislik edirlər. Amma hərdən siz də ərköyünlük edib heç olmasa ayda iki dəfə sevdiyiniz mağazadan özünüzə hədiyyə edib, xoş-əhval ruhiyyə yaradın.

2. Neyrobioloqların fikrincə idrak məşğələləri insana çox yaxşı təsir göstərir. Bu məşğələlər insanda olan 5 hissdən istifadə etməklə əldə edilir. Bu da əsəb sisteminin yaxşılaşmasına gətirib çıxardır.

3. Qorxu bəzən insanı qocaldır. Biz işimizi, sevdiyimiz insanı itirməkdən qorxuruq. Qorxuruq ki, kiminsə xətrinə dəyərik. Qorxururq ki, uşaqlarımız bizi sevməz və s. Amma bəzən risklər insanda həyatı sevmək üçün adrenalin rolunu oynayır. Odur ki, kiçik risklər sizin dadınıza çatacaq.

4. Bir sıra mənfi emosiyalardan özünüzü kənar tutun. Pis fikirləri uzaqlaşdırın. Sadəcə inanın ki, hər şey yaxşı olacaq.

5. İdmanla məşğul olun. Sağlam həyat rahat yaşamağınıza, gözəl görünmənizə kömək edəcək.

6. Bir az yumor hissini özünüzdə yaradın. Hər şeyi ciddiyə alıb, dərinliyə gedib problem yaratmaq heç kimə kömək etməyib. İnanın ki, siz də istisna olmayacaqsınız. 

7. Sitrus bitkilərinin iyi müsbət aura yaranmasında sizə başlıca yaradımçı vasitə olacaq.

8. Maliyyə məsələlərini planlı şəkildə həll edin.
Top