İşgüzar xanımların nəzərinə

İşgüzar xanımların nəzərinə

Gərgin və yorucu iş günü ərzində daima baxımlı və gözəl görünmək istəyir, lakin özünüzə lazımi qədər vaxt ayıra bilmirsinizsə bu məsləhətlərimiz faydalı ola bilər.Ofisdə iş dolabınızın yalnız bir siyirməsini bunun üçün ayırmanız kifayətdir.

Korrektor:  Kompüter qabağında işlərkən, gözlərinizin ətrafında əmələ gələn hər hansı bir qızartını, şişkinliyi örtmək üçün əvəzolunmaz vasitədir.Korrektorun dərinizin rəngindən bir ton açıq və ya tünd olmasına diqqət edin.

Dodaq parıltısı: Çantanızda və ya siyirmədə rahatlıqla saxlaya biləcəyiniz dodaq parıltısı sizə və dodaqlarınıza mükəmməl görüntü vermək üçün ideal variantdır.Ofis üçün uyğun tonlar: şəffaf, açıq çəhrayı və açıq şaftalı rəngləridir.
 
Nəmləndirici krem: Müasir dövrümüzdə kondisionerlərin dərimizdə yaratdığı pis təsirlərdən yəqin ki heç birimiz xəbərsiz deyilik.Siyirmənizə kiçik ölçülü də olsa nəmləndirici kremin olması dərinizi quruluqdan və tez qırışlanmadan qoruya bilər.

Özünüzü mükafatlandırın: Bütün günü işlədiniz və yoruldunuz… Axşamüstü enerjinizi yüksəltmək və özünüzü daha yaxşı hiss etmək üçün siyirmənizdə aşağı kalorili məs: tünd şokoladlar və bitki çayları saxlayın.

Daima gözəllikdə əziz xanmlar. Hər şeydən əvvəl özünüzü sevin.Şərtlər nə olsa da siz hər şeyin ən yaxşısına layiqsiniz.
Top