Qadın hüquqlarını müdafiə qrupu “Equality Now” müxtəlif ölkələrdə qadınların əleyhinə yazılmış qanunları toplayıb.
Məsələn, Hindistanda ər arvadını zorlaya bilər. Ölkə qanunvericiliyində belə bir maddə var: “Kişinin yaşı 15-dən aşağı olmayan arvadına qarşı zorla seksual əlaqəyə girməsi və ya zorakı seksual xarakterli hərəkətləri zorlama sayılmır”. Bununla da, Hindistan evlilikdə zorlamanı qanuniləşdirmiş olur.
Belə bir qanun Sinqapurda da qüvvədədir. Sadəcə, orada 13 yaşdan yuxarı olan evli qadına əri tərəfindən zor tətbiq edilməsi zorlanma hesab olunmur. Bahamda isə bu yaş 14-dür.
Malta və Livanda isə qadın qaçırıla bilər. Məsələn, Maltada qadın oğurlanaraq qaçırılırsa və kişi onunla evlənirsə, bu, məqbul hesab edilir. Bu zaman kişiyə qarşı cinayət işi açılmır. Amma gərək qadını qaçıran kişi onunla məhkəmə prosesindən əvvəl evlənmiş olsun. Livanda da buna oxşar qanun layihəsi var. Əgər qadın zorlanar və ya qaçırılarsa, məsuliyyətdən onunla evlənməklə qaçmaq mümkündür. Bu cinayətin baş verməsindən 5 il sonra cütlük ayrılarsa, bu zaman ittiham qaldırıla bilər.
Buna oxşar qanunlar Kosta-Rika, Efiopiya, Qvatemala, Peru və Uruqvayda da qüvvədədir.
Nigeriyada “arvadını islah etmək məqsədi ilə ərin onu döyməsi” zorakılığı qanuniləşdirilib.
Çində isə qadınlar mədən və digər fiziki ağır işlərdə işləyə bilməzlər. Madaqaskarda qadınların gecə vaxtı sənayedə işləməsi qadağandır. Rusiyanın özündə isə qadınlar ağır, təhlükəli və qeyri-sağlam peşədə çalışa bilməzlər. Buraya qatar sürücülüyü, dülgərlik, yanğınsöndürmə, yelkən gəmiçiliyi və başqa sahələr aiddir.
Səudiyyə Ərəbistanı qanunlarına əsasən, qadınlar avtomobil sürə bilməzlər.
Konqo Demokratik Respublikasında “arvad əri ilə yaşamağa məcburdur və ər harada məskən salarsa, arvad onu müşayiət etməlidir”. Bundan əlavə, qadın vətəndaş məhkəməsinə gedə və kişi öhdəliklərini boynuna götürə bilməz. Bu isə o deməkdir ki, arvad öz biznesini qura və digər işləri sərbəst görə bilməz.
1992-ci ildə Yəməndə qəbul olunmuş qanuna görə, arvad ərinə itaət etməlidir. Qadın hətta ərinin icazəsi olmadan evi tərk edə bilməz.
Sudan qanunlarında isə ərin aşağıdakı hüquqları müəyyən edilir:
Suriyada isə xəyanət edən qadın qətlə yetirilə bilər. 2009-cu ilədək arvadını, bacısını, qızını və anasını xəyanət zamanı yaxalayan kişi onları qətlə yetirib, cəzadan da yayına bilərdi. 2009-cu ildən sonra qanunlar dəyişib – qadın ailə üzvlərini namus üstündə qətlə yetirən kişiyə 5-7 il həbs kəsilir.
Ravvin qanunlarına görə, İsraildə qadın ərindən boşana bilməz. Bu, yalnız kişinin istəyi ola bilər.
Malidə isə boşanan qadının ikinci dəfə ailə qurmasına qarşı sərt təlimat qoyulub. Boşanan qadın yenidən ərə getmək üçün 3 ay gözləməlidir. Dul qadın isə əri öldükdən 4 ay 10 gündən sonra yenidən ərə gedə bilər. Əgər dul qalan qadın hamilədirsə, o, uşaq doğulana qədər ailə həyatı qura bilməz.
İranda qadın yalnız iki kişinin şahidliyi altında ifadə verə bilər.