Görünüşünüzə diqqət göstərir, hər mövsüm başında alış-verişə çıxıb qarderobunuza yeni paltarlar əlavə edirsiniz. Yaxşı, stilinizi yeniləyəcək praktik addımları izləyərək daha tez nəticəyə necə çata biləcəyinizi söyləsək? Hər qadının sahib olması lazım olan, heç köhnəlməyən məsləhətlər...
1. Hündürdaban ayaqqabılar
Ayaqlarınızı uzun göstərən yüksək dikdaban ayaqqabılar möcüzə aksesuarlardır. Siz özünüzü bir anda kraliça kimi kiss edəcəksiniz.
2. Rahatlaşdırıcı duş yağı
Stress dərinizə ziyan vurur. Özünüzü daha gümrah və rahat hiss edə bilmək üçün möhtəşəm qoxulu bir duşdan daha yaxşısını düşünmürük.
3. Yaxşı saç stilisti
İstədiyiniz qədər hamar bir dəriyə sahib olun, pis bir saç kəsimi bütün yaxşı xüsusiyyətlərinizi silib atmağa kifayətdir. Gözəl bir seqment isə tam fərqli bir insan olmanızı təmin edər. Müvəffəqiyyətli bir saç stilisti tapmısınızsa, çox şanslısınız.
4. Dırnaq boyası
Bəzən manikürə gedəcək zamanınız olmaya bilər. Ancaq yenə də baxımlı görünmək istəyirsiniz. Rahatlandırıcı duşdan sonra tək qat dırnaq boyası çəkərək hər cür mühitə hazır ola bilərsiniz.
5. Corablar
Solğun rəngli ayaqlarınızı gizlədə bilmək üçün möcüzə bir üsuldur. Geyindiklərinizə görə yüngül parlaq və ya tam tünd olanları seçim edə bilərsiniz.
6. Çanta
Belə bir aksessuar getdiyiniz bütün dəvətlərdə maraq çəkəcək. Tüklü, daşlı və fərqli parçalardan olan
çantalar daha gözəl görsənir.
7. Qırmızı pomada
Pomadanızın çox tünd olmasından qorxursunuz? Bu zaman qırmızı rəngdə olan pomada sizə kömək olacaqdır. İstər bir parladıcı ilə rəngini daha işıqlı edin, istər qat- qat tətbiq edərək tünd bir görünüş əldə edin.
8. Dodaq balzamı
Özünüzə nə qədər diqqət göstərirsinizsə göstərin, soyulan və çatlamış dodaqlar üzünüzdə ilk gözə dəyən xüsusiyyətiniz halına gələ bilər. Bu köhnəlmiş görünüşü yox etmək üçün dodaq rənginizlə eyni tonlara sahib dodaq balzamı istifadə edə bilərsiniz.
9. Daraq
Təcili bir görüşdə iştirak etmək lazım olduğu zaman saçlarınızı 15 saniyədə şəklə sala bilərsiniz. Bunun üçün rezin uclu və qatlanan bir saç darağını çantanıza qoymağı unutmayın.
10. Böyük günəş eynəkləri
Sahibinə sirrli bir hava qatan bu aksesuar tam bir stil sahibinin zövqünə uyğundur.
11. Dəri pul kisəsi
Pul kisəsi qədər sıxlıqla istifadə etdiyiniz və yanınızdan ayırmadığınız bir əşya mümkün qədər qəşəng və funksional bir dizayna sahib olmalıdır. Zamanla dərisi yumuşadıqca, o, daha da xoş bir görünüş alır.
12. Klassik ətir
Hər kəsin bildiyi və insan həyatında iştirak etmiş olan klassik bir ətir özünüzü möhtəşəm hiss etmənizi təmin edə bilər. Keçdiyiniz hər yerdə izinizi buraxaraq ətirin sizinlə birləşməsi də bu qoxunun gətirəcəyi üstünlüklərdən bir başqasıdır. Buna az qala bir sərmayə kimi baxa bilərsiniz.
13. Dəri jaket
Əsasən az köhnəlmiş görünüşə sahib bir model ala bilər və ya bir neçə ildə bir köhnə paltarlarınızı arasından çıxardığınız, tələbə illərinizdən qalma dəri pencəyinizi təkrar geyinə bilərsiniz.
14. Saç aksessuarı
Saç bantları, bəzəkli tac son dövrün ən gözəl aksessuarlarındandır. Artıq az qala hər markanın hazırladığı bu saç aksessuarları görünüşünüzə təzəlik qataraq ən pis əhvalınızı belə yaxşılaşdırar.
15. Makiyaj fırçaları
Tükləri tökülən makiyaj fırçalarınızdan xilas olun. Müvəffəqiyyətli bir makiyaj üçün dərinizə bir professional kimi baxmalısınız. Keyfiyyətli fırçalar seçin və dərinizə layiq olduğu kimi davranın.
qadin.net