Kapron corablar haqqında 10 fakt

Kapron corablar haqqında 10 fakt

                           

1. Qara və tünd rəngli kapron corablar ayaqları vizual olaraq uzadır və arıqlaşdırır, ağ və açıq tonda kapron corablar isə kökəldir və qısalaşdırır.

2. Kapron corabın tərkibindəki laykranın miqdarı 30 % dən çox olmamalıdır. Çox olsa deməli bu kapron geydirmədir.

3. Ucuzlu keyfiyyətsiz kapron corabların tikişləri oval qabarıq olur ki,bu da sürtünməyə gətirib çıxarır. Həm də onlar paltarın üstündə izin əmələ gəlməsinə səbəb olur. Keyfiyyətli corabların ya tikişi olmur ya da yastılaşdırılmış tikilir ki,ən nazik donun altında qüsursuz görünüş versin.

4. Ayaqların arxa hissəsində uzun xətti və ya tikişi olan corablar çox ərköyündürlər,onları ideala yaxın ayaqların sahibələri geyinə bilər.

5. Sandaliya və ya yay ayaqqabıları ilə kapron geyinməsəz yaxşıdı

6. Dizlərdə iri naxışları olan corablar vizual olaraq onları böyüdür.

7. Matt rəngli kip kapronlar ciddi görkəm verir,gənc qızlara məsləhət deyil.

8. Ajur tipli corabları hündür dabanla geyinmək məsləhətdir.

9. Keyfiyyətli corabların bir əlaməti də xoş ətirdir. Hər istehsalçı təkrar edilməsi çətin olan ətirlə corabları ətirləyir.

10. Kapron corabları ilıq suda və əl ilə yumaq məsləhətdir. Bu zaman onlar sizə uzun zaman xidmət edəcək.

Top