İlk görüşdə bunları demək olmaz!

İlk görüşdə bunları demək olmaz!

İstər dostlarınız vasitəsi ilə, istər “online”, istər təsadüfən tanış olun, fərq etməz. İlk görüşün mahiyyəti həmişə eynidir. Məqsəd bir-birini tanımaqdır. Biz qadınlar hisslərimizlə hərəkət etdiyimizə görə ilk görüşdə həyəcanımıza məğlub olub, lazımsız sözlər deyə bilirik. Bu da kişiləri qorxudur.

Kişiləri ilk görüşdə qorxutmamaq üçün aşağıdakı 15 şeyi deməkdən qaçın:

1. Necə də atama oxşayırsan!

2. Bu görüşdə bir-birimizlə yola getməsək, dost qala bilərik?

3. İnternetdə daha fərqli idin, həyatda tamam fərqlisən.

4. Bilmirəm nə fikirləşəcəksən, amma bir şey demək istəyirəm: səni sevirəm.

5. Əslində, seksual oğlanlarla görüşmürəm, “başqası baxmasın, birdən o da baxar” stressi ilə yaşaya bilmirəm.

6. Ailəmlə nə vaxt tanış olmaq istəyirsən?

7. Gör dişimdə nəsə qalmayıb?

8. Sevgililər günü yaxınlaşır…Nə planın var?

9. Adlarımızı bədənlərimizə yazdıraq? Qoy əbədi olsun…

10. Mənim itim-pişiyim dünyanın ən ağıllı heyvanıdır.

11. İşimdən də, müdirimdən də zəhləm gedir.

12. Bilirsən, heç sən yaşda sevgilim olmamışdı.

13. Bacım ərə gedir. Ailəm deyir, sən də evlən.

14. “Facebook”da “Tətil” albomunda qol-qola şəkil çəkdirdiyin qız kim idi?

15. Rəfiqəm ilk görüşdə səndən bunu soruşmağımı məsləhət görüb…
Top