Bu sual əsrlərdir hər kəsi düşündürür. Qadın həqiqətən nə istəyir?
Qadınlar kişilərin bir az xırdaçı olmasını, həyatında qadının təbiətinə xas yer ayırmağını istəyir.
Onları aldatmayın.
Onlara yalan deməyin.
Şəfqətli olun.
Bədənlərində gözəl olmayan yerləri tez-tez xatırlatmayın. Onlar haralarının gözəl və ya pis olduğunu yaxşı bilir.
Onları gözəl hesab edin. Qaşlarını, gözlərini deyil, davranışlarını, həyat fəlsəfələrini, xəyallarınızı, gördükləri işləri gözəl hesab edin.
Tənqid edin ancaq bunu sərt etməyin. “Səmimi olacam” deyib, həddi aşmaqla qəlblərini qıra bilərsiniz. Həssas olduqlarını unutmayın.
Mənbə:ailəm.az