1. Yaş əleyhinə məhsulları istifadə edib məmnun qalan qadın
Bütün qadınlar yaşı az göstərən kosmetik məhsullardan istifadə etsələr də, bu məhsulların bir xeyri olmadığını düşünürlər. Baxmayaraq ki, güzgünün qabağında kosmetikanın 45 fərqli növünü tapmaq mümkündür. Yaş əleyhinə olan kosmetik məhsullardan razı qalan qadın nadir tapılan qadındır.
2. Əyninə geydiyi ilk paltarı alan qadın
Tutalım ki, qadın əyninə bir köynək alacaq. Yüz nəfərdən ibarət olan münsiflər heyəti qadının birinci dəfə əyninə geydiyi köynəyin ona daha çox yaraşdığını desələr belə, o mütləq əlavə ən azı 10 köynək geyinib yoxlayacaq və birincini alacaq. Buna görə də yoxladığı ilk paltarı alan qadın səhrada su, qütbdə günəş kimidir.
3. İş stolunun üzərində su olmayan qadın
Gün ərzində su içmək ağlına gəlməsə belə, hər qadının iş masasının üstündə bir stəkan su həmişə hazırdır. Ona görə də masasının üstündə su olmayan qadın nadir tapıntıdır.
4. “15 dəqiqəyə ordayam” deyib, həqiqətən 15 dəqiqəyə orda olan qadın
Əgər siz qadını haradasa gözləyirsinizsə, özəlliklə o evdən çıxıb həmin yerə gəlirsə, dediyi vaxtda çatırsa, o qadını əldən buraxmayın.
5. Əli-ayağı üşüməyən qadın
Bəlkə də qadınlar bunu edirlər ki, kişilər onları qucaqlasın. Amma əli-ayağı üşüməyən qadını axtarır hamı.
6. Sevgilisinə balaca sürprizlər edən qadın
Əsasən sevgiliyə balaca sürprizlər etmək kişiyə xas olan davranışdır. Bu barədə qadınların elə də uğurlu olduqlarını deyə bilmərik. Belə bir sevgiliniz varsa, qiymətini bilin.
7. “10 dəqiqəyə çıxarıq” deyib, 10 dəqiqəyə çıxan qadın
Bu əsl möcüzədir. Belə bir şey yoxdur. Ola bilməz.