Vampir qadın
Bu tip qadınlar kişiləri cəzb etsə də, heç bir kişini həqiqətən sevmir. Vampir qadın ona vurulan kişilərin əzablarına baxmaqdan zövq alır. Belə qadın tiplərinə tarixi şəxsiyyətlərdən Kleopatranı misal göstərmək olar. Bəzi məlumatlara görə, Kleopatra onunla bir gün olsa belə, sevgi yaşamaq istəyən kişilərdən həyatını qurban verməyi tələb edirdi.
Qeyd edək ki, kişilərin əksəriyyəti nədənsə belə tip qadınların toruna asanlıqla düşür. Kişilər vampir qadınlarla münasibətin pis nəticələnəcəyini anlasalar da, sevgilərindən geri dönmürlər.
Vampir qadınlar heç də həmişə gözəlliyi ilə seçilmir. Lakin o, hər zaman cəzb edir.
İlham pərisi
Uzaqda yaranan xəyallarmələyini heç cür tutmaq olmur. Belə qadınlar kişiləri ilhamlandırır. Xüsusilə də belə qadınlar yaradıcı insanları maraqlandırır. Belə qadının diqqətinə, sevgisinə asanlıqla nail olmaq olsa da, onlar sirli qalmağı bacarır. İlham pərisi tipinə aid olan qadınların sanki bir hissəsi başqa dünyada, çox uzaqlarda uçur və bu uzaqda yaranan xəyallar mələyini heç cür tutmaq olmur. Elə bu cəhət də bir çox rəssamları, şairləri cəzb edir.
Onlar bu harasa uçub gedən gözəlliyi tutmaq istəyir, amma bu çox qısa müddət ərzində mümkün olur. Və ilham pərisi yenə də mələk kimi uçaraq reallıqdan uzaqlaşır. Bu qadın tipinə misal olaraq rəssam Salvador Dalinin həyat yoldaşı və ilham pərisi olan Qalanı göstərmək olar.
Kişilərə elə gəlir ki, onlar belə qadınla ailə həyatı qursalar çox xoşbəxt olacaqlar.
Gözəl xanım
Sadalanan qadın tiplərindən fərqli olaraq bu qadınlar gözəl olur və öz gözəlliyini dərk edirlər. Bu qadınlar məhz gözəl olduqlarını bildikləri üçün sakit və təmkinli olur. Kişilərə elə gəlir ki, onlar belə qadınla ailə həyatı qursalar, çox xoşbəxt olacaqlar. Adətən gözəl xanımlara müxtəlif kişilər maraq göstərir. Əksər hallarda kişilər belə qadınlarla ailə həyatı qurmağı arzulayırlar.
Romantik qadın
Sirli qalan bu qadınlar gözəl və ya sadəcə baxımlı ola bilərlər. Bu tipə aid olan qadınlar gözəl olsalar belə öz gözəlliyini anlamırlar. Məhz bu cəhət də onları maraqlı edir. Belə ki, kişilər hiss edir ki, belə qadınlar özlərinə əmin deyillər və onlara nə qədər gözəl olduqlarını sübut etmək istəyirlər.
Şıltaq qız
Bu tip xanımlar yeniyetmələr kimi özünü aparır. Onlar yeniyetmələr kimi geyinməyə də üstünlük verir. Bu xanımlar şıltaq və sadəlövh olurlar. Şıltaq qız tipinə aid olan qadınlar üçün hər şey maraqlı gəlir. Onlar sanki hər şeyi özləri üçün yeni kəşf edirlər. Şəxsi münasibətlər zamanı belə qadınlar oynamağı, şıltaq olmağı, yeniliklər etməyi sevirlər. Bu qadınlar üçün kişi ilə münasibət oyundur. Amma onlar vampir qadınlar kimi qəddar və zülmkar deyillər. Kişilər belə qadınlarla münasibət qurmağa can atır. Belə ki, belə qadınlar onlara cavanlıq illərində yaşadıqları hissləri yenidən yaşadır. Şıltaq qızlarla kişi özünü problemlərdən uzaq və məsuliyyətsiz hiss edir.
Yüngül təbiətli qadın
Belə qadınların əksər hallarda bütün kişilər xoşlarına gəlir. Bu səbəbdən də bu tipə aid olan qadınlar heç kimə yox demir və bütün kişilərlə mehriban davranır. Onlar üçün çoxlu kişilərlə münasibət qurmaq həyat tərzidir. Belə qadınlar adətən başqalarının qınaq obyektinə çevrilir. Onlara kişilərdən yalnız məhəbbət lazımdır. Belə qadınlarla kişilər xoşbəxt olsalar da, bu uzun sürmür.
Sakit və diqqəti çəkməyən qadın
Sakit və diqqəti çəkməyən qadın. Onlar sakit və utancaq olurlar. Diqqəti çəkməyi sevməyən bu qadınlar kütlə içındə seçilmirlər. İşdə, müxtəlif ictimai fəaliyyət zamanı da onlar özlərini çox sakit aparırlar. Belə qadınlar öz gizli arzularını birüzə verməyə qorxur və maraqsız həyatlarını xəyallar qurmaqla doldururlar. Xəyallarda özlərini olduğundan fərqli görür və başqa cür davranırlar. Onların daxili aləmi fantaziyalarında canlanır. Adətən çoxlu komplekslərdən əziyyət çəkirlər. Komplekslərin əksəriyyəti isə əsassız olur. Lakin onlar sadiq həyat yoldaşı və yaxşı dost olurlar. Onların xarici görünüşü də davranışları kimi diqqəti çəkmir. Çox vaxt makiyaj etməyən bu qadınların baxışları aşağı yönəlir, bədənləri isə hərəkətsiz qalır, belləri bir qədər də olsa bükülü formada olur.
Aylin Kamilova