Seksual qadın obrazı

Seksual qadın obrazı

Kiçik və vacib detalları nəzərə alaraq stilinizə bir az seksuallıq əlavə etmək öz əlinizdədir. Seksual görünmək üçün nə edəcəyinizi bilmirsnizsə, təşvişə düşməyin. Biz sizə bu işdə kömək edərik.

Seksual və ehtiraslı qadın obrazı yaratmaq üçün bir çox yollar var. Amma psixoloji məqamlar ilk yerdə dayanır. Özünə güvənməyən qadını nə qədər qüsursuz geyinsə də, onu seksual hesab olmaz. Nə cür görünməyinizdən asılı olmayaraq, özünə inamlı davranın!

Özünüzə olan inamı artırdıqdan sonra keçirik geyimlərə… Sərhəddi aşan açıq-saçıqlıq seksuallığı simvolizə etmir. Seksual görünmək üçün stilinizdə kiçik hiylələr etmək kifayətdir.

Nazik asqılar 
Spagetti asqı adı verilən nazik asqılar, hər kəsin diqqətini gözəl çiyinlərinizə yönəldəcək. 

Alt geyimlərinə ehtiyac olmayan geyimlər 
Alt geyimlərinə ehtiyacı olmayan üst geyimləri, seksual qadın obrazı yaradır. Sinə və bel hissəsi korset kimi əyninə yaxşı oturacağından qadınlığınızı ön plana daşıyacaq.

Boyundan bağlanan asqılar 
Çiyinlərin kişiləri ehtiraslandırdığını yəqin ki, bilirsiniz. Nazik asqılar kimi boyundan bağlanan asqılar da çiyinlərinizi ön plana çıxaracağı üçün sizi olduqca seksual göstərir.

Kəsik dekoltelər 
Vücudun müxtəlif yerlərindəki dekoltələr sözsüz ki, ətrafdakıların bütün diqqətini üzərinizə toplayacaq.

Sinə dekoltesi 
Sinənizin həcminin kiçik və ya böyük olmasının heç bir əhəmiyyəti yoxdur. Sinə dekoltesi hər qadını seksual göstərir. Lakin unutmamalısınız ki, sinə dekoltesi varsa, ayaq dekoltesinə lazım olmur. Yəni, hər şey ölçülü olmalıdır, həddi aşmaq olmaz.

Stiletto+dar şalvar 
Dar şalvarı nazik hündürdaban stiletto ilə birləşdirsəniz, bu zaman cazibədarlığınız birə on artacaq. O gün hər kəs ecazkar görünməyiniz haqqında danışacaq. 

Top