Xoşbəxt olmaq kimlərçünsə asan, kimlər üçünsə çətindir. Bu həyata necə baxmağımızdan asılıdır. Ən cüzi görünən şeylər belə, bəzən insanı xoşbəxt etməyə kifayət edir.
Bir qadın əgər xoşbəxtdirsə, onun bu xoşbəxtliyi qorumağa çalışması mütləqdir. Bunun üçün çox şey etməyə ehtiyac yoxdur. Qeyd etdiyimiz kimi həm şey ayrı- ayrılıqda və həm də birlikdə insanın, qadının xoşbəxtliyinə gətirib çıxarır. Gəlin bir qadının xoşbəxtliyini daima saxlaması üçün qadağan edilmiş 16 -lıqla tanış olaq:
1. Hər kəsə “Hə” demək.
2. Tez-tez üzr istəmək.
3. Yeməklərə düşmən gözü ilə baxmaq.
4. Öz bədənindən narazı olmaq.
5. Hər gün hündür daban ayaqqabı geyinmək.
6. Başqa qadınların şəxsi həyatını tənqid etmək.
7. Hər an əla görünməyə çalışmaq.
8. Hər şeyin cavabını internetdə axtarmaq.
9. Yalnız qalmaqdan qorxmaq.
10. Qeyri-sağlam, cansıxıcı dostluq münasibətlərindən əl çəkməmək.
11. Öz gerçək həyatını başqalarının virtual həyatı ilə müqayisə etmək.
12. Keçmişdəki peşmançılıqlar və səhvləri daim xatırlamaq.
13. Kiminləsə sadəcə münasibət xətrinə münasibətdə olmaq.
14. Tətil günlərini lazımınca keçirməmək.
15. Öz xobbilərindən utanmaq.
16. Həyatdakı mühüm şeylər üçün dəqiq tarix müəyyən etmək.