Sağlam hamiləlik keçirmək üçün hamiləliyin ilk aylarında bəzi
məsləhətlərə, hətta qadağalara əməl etmək vacibdir. Gözəlləşmək üçün edilən saç rəngləmə, saç düzləşdirmə, saç rəngini açdırmaq və s. hamiləlik üçün təhlükəlidir.
Saç boyalarının tərkibindəki kimyəvi maddələr hamilələr ciddi təhlükədir. Hamiləliyin ilk 3 ayında saç boyamaq, açdırmaq, düzləşdirmək olmaz.
Hamiləlikdə saçlarınızı xına ilə rəngləyin
Saç boylarının tərkibindəki ammonyak boyanın bir qismini buxarlandırır və bu buxarın nəfəs alarkən udulması böyüməkdə olan uşaq üçün ciddi təhlükəyə səbəb olur. Saç boyasının bir qismi saç dərisi tərəfindən əmildiyi üçün hamiləlik zamanı saç boyalarından istifadə etməmək daha təhlükəsizdir. Buna görə hamiləlik zamanı qısa müddətli boyamalar və reflelər təhlükəsiz hesab edilir. Saç düzləşdirilməsi zamanı da istifadə edilən kimyəvi maddələrin qoxusunun udulması təhlükəli olduğu üçün bunlardan uzaq durmaq vacibdir. Saçlarınızı rəngləmək istəyirsinizsə, xınadan istifadə edin.
Saçlarınızı rənglədikdən sonra salonda çox gözləməyin. Saç boyasını saçınızda çox saxlamayın. Sonra saç dərinizi yaxşıca durulayın. Saç rəngləyərkən əlcəklərdən istifadə edilməlidir. Qaş və kirpiklərə kimyəvi tərkibli boyalardan istifadə etməyin. Həssas və alergiyası olan insanlarda ilk öncə alergik test edilməlidir.
Gözəllik salonunda çalışan hamilə qadınlar kimyəvi maddələrdən istifadəyə diqqət yetirməlidir. Qoruyucu geyim, əlcəklərdən istifadə etməklə həmin yerin yaxşı havalandırılması salonda yeyib-içməməklə sizi gözləyən bu təhlükədən az da olsa, qoruna bilərsiniz.
Yazar: Fərizə Əhmədova