Hamiləlik dönəmində saç tökülməsinə tez-tez rast gəlinir. Mütəxəssislər hamiləlikdə saç tökülməsinin qarşısını almaq üçün bəzi məsləhətlər verir.
Hamiləlikdə hormonlardakı dəyişikliklərə və xüsusiyyətlərə ostrojenə bağlı olaraq saçların uzanması müddəti artır. Doğuşdan sonra bir çox hamilə qadınların saçları tökülməyə başlayır.
Dermatoloq Ersoy Hazneci doğuşdan 6 sonra saç tökülməsinin dayandığını və saçın gurlaşmağa başladığını söyləyir. Lakin hamiləlikdən sonra saç tökülməsi əvvəlki gurluqda və qalınlıqda olmaya bilər. Hamiləlikdə vücudda tüklənmə də hormonlara bağlı olaraq arta bilər.
Doğuşdan sonra 6-9 ay ərzində bu tüklər də itir. Hamiləlikdə bu tüklərdən xilas olmaq üçün təraş və mum üsulundan istifadə edə bilərsiniz. Ancaq tük tökücü kremlərin istifadə edilmək ziyandır və qadağandır.
Sağlam saçlar üçün dəyərli məsləhətlər
Çoxlu meyvə və tərəvəz yeyilməlidir. Saçla həssas davranmalı və zədələmək olmaz. Saç qurudan fenlər və düzləşdirici fenlərdən istifadə etmək olmaz. Saç islaq olanda çox daranmamalı, nazik dişli fırçaladan uzaq durmaq lazımdır. Flavonoid və antioksidan tərkibli qidalar yeyilməlidir.
B vitamin ilə zəngin qidaların qəbuluna xüsusi diqqət edilməlidir. Lazım olsa, həkim məsləhəti ilə B vitamini qəbul edilməlidir. C vitamili qidalara da yer ayırmalı və yenə həkim lazım bilsə, vitamin C qəbul edilməlidir. Şampundan mümkün qədər az istifadə etməli. Saçı yuyanda şampun dəri ilə az təmas etməlidir.
Saç tökülməsi keçici haldır
Hamiləlikdə hormonal dəyişikliklərdən dolayı saçların tökülməsi ilə bağlı problemlər yaşanır. Lakin bu keçici bir haldır. Saç dərisində normal halda təxminən 100 min saç teli böyüyür və hər gün adətən 50 ilə 200 saç teli tökülür. Hamiləlikdə hormon dəyişikliklərindən dolayı saçlar daha tez uzanır.
Doğuşdan sonra isə hormonlar normaya düşür və 2-3 ay sonra aşırı saç tökülməsi halları yaşana bilər. Saçların böyüməsi, tökülməyə başladıqdan sonra 3 ilə 6 ay arasında saçın tökülməsi dayanır. Doğuşdan sonra saçların tökülməsi hər hamiləlikdə olur.
Stress də saç tökülməsinə səbəb olur
Çox ana hamiləlikdən sonra həssaslaşır. Yuxusuz gecələr, yeni doğulan uşağa baxmaq ana üçün ilk dövrlər çox çətin keçir. Bütün bu problemlərlə məşğul olan ana, hamiləlikdə aldığı həddindən artıq çəkidən dolayı stressə düşə bilər. Bu isə bir çox analarda hamiləlikdə yaşanan saç tökülməsinin davam etməsinə səbəb olur.
Hamiləlikdən sonra hormonların dəyişməsi, yuxusuzluq, həddindən artıq çəki almaq, stress və başqa faktorlar saçlara mənfi təsir edir. Həddindən artıq çəki almaq hamiləlikdən sonra anaya təsir edir, hətta psixoloji sarsıntı keçirməsinə səbəb ola bilər.
Həmçinin bax:
— Hamiləlik zamanı dəridə yaranan çatlar
— Hamiləlikdən sonra kiloların artması
— Hamiləlik zamanı idmanın faydaları
— Hamiləlik zamanı stomotoloji problemlər
— Hamiləlik zamanı ürəkbulanma
— Hamiləlik zamanı ağrılar