Xəyanəti üzdən oxumağı bacaranlar

Xəyanəti üzdən oxumağı bacaranlar

Qadınlar kişilərin üzünə baxmaqla onların xəyanət etdiklərini dəqiqliklə deyə bilər. Lakin yeni araşdırmanın nəticəsində məlum olub ki, kişilərdə bu bacarıq yoxdur.

Avstraliya tədqiqatçıları düşünürlər ki, qadınlar bunu kişinin üz cizgilərinin ciddiliyindən ayırd edə bilər. Alimlərin sözlərinə görə: “Kişinin üz cizgiləri nə qədər ciddidirsə, bu o deməkdir ki, o, xəyanət etməyə alışıb və ya keçmişdə xəyanət edib.”

34 kişi və 34 qadın arasında keçirilən araşdırmada onlara Avropoid irqindən olan 189 müxtəlif insanın rəngli şəkilləri göstərilib və iştirakçılara onların nə qədər sadiq olub-olmamaqlarının dərəcəsini qiymətləndirmələri tapşırılıb.

Təqdiqatçılar iştirakçıların cavablarını şəkildə göstərilən insanların seksual tarixçəsi ilə tutuşduraraq qadınların xəyanəti kişilərdən daha yaxşı (38% səhv) ayırd etdikləri qənaətinə gəliblər. Qadınlar bu zaman kişinin cazibədarlığına deyil, onun üz cizgilərinə görə dəyər veriblər.

Kişilər isə 77% səhv ediblər. Onlar düşünüblər ki, cazibədar və baxımlı qadınlar daha çox xəyanət edir, lakin bu heç də əsas səbəb deyil.

Top