Qadınlar niyə hərbçi kişiləri bəyənirlər?

Qadınlar niyə hərbçi kişiləri bəyənirlər?

Psixoloqlar qadınların niyə hərbi geyimdə olan kişiləri xoşladıqlarını müəyyənləşdiriblər. Araşdırmalara görə, hərbi geyimdə kişilər qadınların gözündə daha etibarlı və təşkilatçı təsir bağışlayırlar. Əgər kişi özünü ciddi aparırsa və nəailiyyətləri ilə öyünmürsə bu onları daha da əlçatmaz edir.

Məlum olub ki, hərbi geyimdə kişilər qadınların gözündə daha ailcənab görünürlər. Kişilər nə qədər çox alicənablıq göstərsələr bu qadınların xoşuna gəlir. Məsələn, hər bir qadın xoşlayır ki, kişi onun üçün qapını açsın, stulu çəksin və s.

Digər tərəfdən bu geyim onlara həmişə məşğul görkəm verir. Ekspertlər hesab edirlər ki, duyğularını ifadə etmək hərbçilər üçün bir qədər çətindir. Buna görə də mobil telefon hərbçilər üçün etibarsız ola bilər. Onlar təklif edirlər ki, hərbçilər kağız məktub yazmaq kimi köhnə ənənələrə qayıtsınlar.

Hərbçi kişi ilə ailə quran qadın həmişə uzun ayrılıqlara hazır olmalıdır. Bundan sonra əvvəlki əlaqələrə qayıtmaq nisbətən çətin olur. Bütün bunlara baxmayaraq qadınlar həmişə özlərini qoruyacaq tərəfdaş axtarırlar. Buna görə də hərbi geyimdə olan kişilər qadınlar üçün həmişə arzuolunandır.

Top