Büstqalteri necə seçməli?

Büstqalteri necə seçməli?

Sizə uyğun olan, bəyəndiyiniz büstqalteri geyinmədən öncə doğru seçmək lazım gəlir.
Büstqalter ölçünüzü düzgün hesablaya bilmək üçün bir sıra nöqtələri bilməniz gərəkir.
Həmin nöqtələr...
Büsthalter ölçüsü 2 dəyərli olur.Bədən ölçüsü və cup(bone) ölçüsü.Bədən ölçüsü vücüd böyüklüyü ilə,cup ölçüsü döş böyüklüyü ilə bağlı olur.
Bədən ölçüsünü necə hesablayırsınız?
Döş çevrəsinin ölçüsünü almaq üçün metrəni döşlərin altından döş qəfəsinə dairəvi dolayın.
Misal üçün,çevrə ölçüsü 76 gəldisə,istifadə olunan büsthalter 80 olmalıdır.
Döş altı çevrəsinə görə büsthalter ölçüləri
70 sm və aşağısı 70,
71-75 sm arası 75,
76-80 sm arası 80,
81-85 sm arası 85,
86-90 sm arası 90,
91-95 sm arası 95,
96-100 sm arası 100
Cup(bone) ölçüsünü necə hesablayırsınız?
Bu dəfə metrəni çiyindən önə doğru döş ucundan keçecək şəkildə çevrələnir.
Bu ölçüdə bədən ölçüsündən daha fərqli bir uzunluq alınacaqdır.Bu fərq də cup ölçüsünü verir.
Döş üstü çevrəsinə görə büsthalter ölçüləri
6,5 sm-dən kiçikdirsə A,
6,5 — 13 sm arası B,
14 -19,5 sm arası C,
19,5 — 26 sm arası D,
26 sm — dən böyüksə DD
Bu hesablama aşağıdakı kimi olur.
Məsələn, döş altı çevrə 73, döş üstü çevrə uzunluğu 86 sm-dir.Bunlar arasında fərq 11 sm olacaq.Deməli büsthalterin cup ölçüsü B, ümumilikdə 75 B ölçülü büsthalter almalısınız.
Qeyd: Ölçüləri alarkən diqqət edin ki, aybaşı dövrünə təsadüf etməsin,çünki bu dövrdə döşlər daha şiş və gərgin olur.
Top