Utancaqlıq hissi nədən yaranır?
Tanımadığınız insanlara qarşı utancaq olursunuz? Bu suala cavabınız “Bəli”dirsə, təlaşa gərək yoxdur. Çünki siz normal bir insansınız və üzünüz qızara bilər.
Əgər yeni iş mühitində, ayağa qalxıb özünzü tanıtmaq istəyirsinizsə və üzünüz qızarıb, səsiniz titrəyirsə, siz utancaq biri hesab olunursunuz. Lakin hər kəs danışan və söhbətcil olmaq məcburiyyətində deyil. Bunu unutmayın.
Özünzü idarə edin
Utancaqlığınız ucbatından bəzi fürsətləri əldən verdiyinizi düşünürsünüzsə, bunu nəzarət altına almağın zamanı gəlib. Qadınların bu problemini yox etmək üçün amerikalı mütəxəssis Artest Battler, xüsusi bir proqram hazırlayıb. O bildirib ki, bunu aradan qaldırmaq mümkündür.
Səbəbini araşdırın
ABŞ-da bir çox qadın utancaqlıq xəstəliyindən əziyyət çəkir. Mütəxəssis bildirib ki, hər 100 xəstədən 85-inin utancaqlıq xəstəliyini sağaltmaq olur. Battler aşağıdakı tövsiyələri verib.
Bəzi gərəksiz düşüncələrdən xilas olmalısınız.
Utancaqlıqla birlikdə yaşamaq çox çətindir. Başqa insanlar tərəfindən gülüş hədəfinə çevrilmək və axmaq bir vəziyyətə düşmək dəhşətli bir şeydir. Utancaq bir qadın düşüncələri ilə özünü daha pis vəziyyətdə sala bilər.
Bir az daha danışsam, özümü pis vəziyyətə salacam.
Birdən burda olan hər kəs mənim haqqımda pis fikirləşirsə...
Deməyə bir şey tapmasam, nə edəcəm?
İndi danışsam, səsim mütləq pis çıxacaq.
Özümü idarə edə bilmərəm.
Qızaracağam və titrəcəyəm...
Dəli ola bilərəm.
Burdan qaça bilsəydim...
Görəsən, çox pis görünürəm...
Hamı mənə baxır və.s
Probleminiz haqqında çoxlu danışın
Psixoloq, utancaqlıqdan xilas olmağın ilk yolunun onun haqqında danışıb müzakirə etmək olduğunu deyib. Sizə yaxın və başa düşən hər kəslə bu mövzu ətrafında danışın. Bir yerdə olmaq sizi utancaqlığa vadar edirsə, qorxmayın. Həqiqətən də istəsəniz, bu problemin öhdəsindən gələ bilərsiniz.
Dostalarınızdan kömək istəyin
İnsanlarla tanış olmaqda əziyyət çəkirsinizsə, daha çox danışan və sosial bir dostdan kömək istəyin. Dostunuz sizi yeni insanlarla tanış etməsi sayəsində əhatə dairəniz artacaq. Lakin tanış edərkən şişirdilmiş şəkildə deyil, sizi olduğu kimi təqdim etməsini tapşırın.
Fərqinizi hiss edin
Utancaq qadının ilk etapda qarşı cinsin diqqətini çəkməkdə çətinlik çəkir. Bunun üçün fərqinizi hiss etdirin. Bu fərq sizin kütlə arasında seçilmənizi təmin edəcək. Fərqli olduğunuzu hiss edin və bu problemdən xilas olun. Bir az çətin olsa da, qarşınıza çıxan heç bir problemdən qorxmayın.
Düzgün addımlar atın
Biri ilə söhbət edərkən utancaqlıq hiss edirsinizsə, qarşınızdakı insana tez bir sual verin. Lakin diqqət edin ki, sual çox əcaib olmasın. Heç danışmadan sifətinə baxmaqdansa da, sual verin və danışın. Onun verdiyi cavabın ardından siz də öz fikrinizi bildirin və beləcə söhbət etməyə davam edin.