İdeal qadının xüsusiyyətləri

İdeal qadının xüsusiyyətləri

Kişilərin gözüylə «ideal qadın»ın özəllikləri bir siyahıda toplandı. 

 Bu siyahıya əsasən, ideal bir qadının daim oxuma vərdişi olmalıdır.qadın qəzet oxuyarkənKişilər qəzetlərin sadəcə ilk və son səhifələrini oxuyan və gündəlik xəbərləri izləməyən xanımları ünsiyyət obyekti olaraq görmürlər.

Telefonla lazım olduğu qədər danışmalıdır. Qadınların telefon danışıqlarını saatlarca uzatmaları kişilərin səsblərini pozur.

Ağır makiyaj eləməkdən, həddən artıq parfüm və çox cəlbedici rəngli dodaq boyası istifadə etməkdən uzaq olmalıdır. Bu cür görünən qadınlar daha çox diqqətə səbəb olsalar da, kişilər təbii və məsum gözəlliyə üstünlük verirlər.

Televiziyada serial xəstəsi olmamalıdır. Həyatını bu seriallara görə proqramlaşdıran və bu saatlarda dünyadan qopan qadınları kişilər anlamırlar və təbii olaraq da onlardan uzaqlaşırlar.

Lüks vurğunu olmamalı, alış-veriş vaxtı məntiqini qoruya bilməli. Kredit imkanı və ya endirimlər var deyə evə gərəksiz əşyalarla dolu paketləri daşımamalıdır.
Alkoqol və siqaretdən uzaq olmalıdır.  Bəyəndikləri qadınları eyni zamanda, gələcək uşaqlarına analığa namizəd olaraq görən kişilər pis vərdişləri olan qadınlardan bu cür şəxsi mənfəətlərə görə uzaqlaşa bilərlər.
Bədən formasına diqqət etməlidir. Amma hər yeməyə «diyetadayam» deyə başlamamalıdır. Çünki bu, kişiləri ən çox sıxan sözlərdəndir.
Evini, ya da otağını oyuncaqlarla doldurmamalıdır. Sadəcə görüntüsü gözəl deyə evi heç bir işə yaramayan əşyalarla doldurmamalıdır.
Azərbaycan dilində yaxşı danışmalıdır. Rus dilində sözləri uzada-uzada danışan «Lyamka, Syamkalar»ın yerinə kişilərin fikrincə, sözləri gözəl tələffüz edən, təmiz Azərbaycan dilində danışan xanımlar daha çox onların diqqətini cəlb edir.
Sadəcə qızlarla deyil, oğlanlarla da dost olmağı bacaran xanımlar kişilərin fikrincə, daha cəzbedici olurlar. Çünki bu cür qadınlarla daha rahat ünsiyyət qura bilirlər.
Uşaq kimi danışarkən bunu etməyi bacarmırlarsa etməməlidirlər. Çünki bəzən bu qadınlara bir şirinlik versə də, çox zaman əks effekt də yarada bilər.
Qısqanc olmamalıdır. Sevgilisinin davamlı sorğu sual edən və izləyən xanımlar, özlərinə güvənmədikləri mesajını verərək bütün xarizmalarını itirirlər.

Kişinin hər şeyi ilə maraqlanmamalıdır. Bəzən anasından daha irəliyə gedərək kişinin hər işiylə maraqlanan qadınlar aradakı sehrin pozulmasına və kişinin qaçmasına səbəb olurlar.
Daxili dünyasında rahat olmalıdır. Keçmişdə yaşadığı psixoloji problemləri və ailə problemlərini həll edə bilməmiş qadın kişilərin gələcək planlarına daxil ola bilmirlər.
Öz ayaqları üstdə dura bilməlidir. Heç bir işini kişinin köməyi olmadan edə bilməyəcəyini düşünən qadınlar kişilərdə əvvəlcə bir qoruma duyğusu yaratsa da, bir müddət sonra bu hiss sıxıntıya çevrilir.
Top