Doğuşdan sonrakı depressiya adından da göründüyü kimi, doğuşdan sonra yaranan bir depressiya növüdür. Depressiya bəzən hamiləlik zamanı baş verir, amma doğuşdan sonrakı depressiya olaraq adlandırıla bilməsi üçün bu depressiya qadın körpəsini dünyaya gətirdikdən sonra da davam etməlidir.
Doğuş sonrası depressiya körpə dünyaya gətirmiş hər 100 qadından 10-15nin məruz qaldığı bir durumdur. Bir çox qadın bu məsələ ilə bağlı duyğu və düşüncələrini başqaları ilə paylaşmadığından dolayı əsl rəqəmlər əslində bundan daha çox da ola bilər.
Doğuş sonrası depressiyanın əlamətləri hər depressiya ilə demək olar ki eynidir. Bu, özünü pis hiss etmə və gündəlik həyatda olan şeylərə qarşı istəksizlikdir. Tək fərq, bu əlamətlərin doğuşdan sonrakı ilk 3 ay içində ortaya çıxmasıdır. Bəzən doğuşdan bir neçə ay sonra da depressiya başlaya bilər. Amma depressiya doğuşdan bir il sonra başlayıbsa buna doğuşa bağlı depressiya deyə bilmərik.
Deressiyaya qarşı mübarizə aparmaq üçün və ya doğuşdan sonra körpə dünyaya gətirmiş qadının depressiyaya düşməməsi üçün ən böyük rol yaxınlarının, ən əsası həyat yoldaşının üzərinə düşür. Çünki körpə dünyaya gətirən qadınların əksəriyyətində özləri də hiss etmədən bəzən hamiləlik zamanı, bəzənsa hamiləlikdən sonra elə fikir yaranır ki, artıq həyat yoldaşı və ümumiyyətlə, ailənin digər üzvləri üçün körpə onun özündən daha vacibdir, hamı yeni doğulmuş körpəni ondan daha çox sevir.
Qadının özünü bu cür hiss etməməsi üçün həyat yoldaşı ona tez-tez "Çox sağ ol ki, bu cür gözəl uşağın atası olma şansını mənə verdin", və ya «Sən olmasaydın mənim körpəm heç vaxt bu cür gözəl ola bilməzdi», yaxud da «O da gözəllikdə anasına oxşayır» kimi və s. sözlərlə onu sevindirməli, hələ də sevildiyini göstərmək lazımdır. Çünki o sevildiyini hiss etməsə körpəsinə də o sevgini ötürə bilməyəcək. Nəticədə, neqativ enerji alan uşaq da narahat və ağlağan olacaq.
Həmçinin bax:
Qadınlarda depressiya
Ailənin ən təhlükəli düşməni — Depressiya