Qadınlar həyatlarının 16 ayını ağlayaraq keçirir.
Edilən bir araşdırmaya görə qadınlar həyatlarının 16 ayını ağlayaraq keçirir.
Bu müddət fərqli səbəblərə və yaş qruplarına görə dəyişə də bilər .
Məsələn, 1 yaşındaykən ortalama 3 saat ağlayırlar. Bunun səbəbi isə aclıq və əylənmək istəmək. 3 yaşına qədər isə bu müddət 2 saata düşür və ümumiliyə danlanıldıqları və düşdükləri üçün ağlayırlar.
Yetkinlik dövründə yəni 19-20 yaşına qədər isə həftədə təxminən 2 saat 15 dəqiqə ağlayırlar. Bunun ən böyük səbəbi isə ifraz etdikləri hormonlar, yoldaşları və ailəsi ilə edilən mübahisələr və çölə çıxma qadağanı üzündən ağlayırlar.
19-25 yaş arası isə göz yaşı tökdükləri müddət çox dəyişiklik göstərmir və həftədə ortalama 2 saatlarını ağlayaraq keçirirlər. Bu dövrdə qadınlar ən çox romantik filmlərə və əlaqələrinin bitməsinə kədərlənir. Xüsusilə, uzun davamlı əlaqələrin bitməsi, qadınları ən çox ağladan hadisələrdən biri.
Son olaraq 25 yaşından sonra isə romantik problemlər, pis xəbərlər eşitmək, sevdiyi şəxsi itirmək və romantik filmlər, qadınları ağladan ən əhəmiyyətli səbəblər arasında göstərilir.