Kişilərə nələri demək olmaz?

Kişilərə nələri demək olmaz?

“Baxarıq”
Bu kəliməni daha çox bir yerə getmək istəmədikdə, ancaq bunu birbaşa deyə bilməyəndə istifadə edirik. Bu qərarsızlıq qadınları çox hirsləndirir.

“Mən bilmirəm”
Bu sözü də xoşagəlməz cavabdan qaçınmaq üçün istifadə edirik. Məsələn, hədiyyə alımısanmı, hansısa əşya hardadır, tətildə harada dincələcəksən kimi suallara biz adətən “bilmirəm” deyə cavab veririk.

“Mənim keçmiş sevgilim”
Əgər münasibətləri korlamaq istəmirsinizsə bu sözü ümumiyyətlə unudun.Həmçinin hansısa tanınmış şəxslə müqayisədən də çəkinin. Xüsusilə çəki ilə bağlı müqayisələrdən.

“Bu dəqiqə”
Bu universal söz xahiş edən hər bir kişinin sevimli sözüdür. Və daha çox kişini hirsləndirməmək, kefini pozmamaq üçün istifadə olunur. Bu sözün sinonimi isə “bir az sonra gəlirəm” və ya “çatıram” kimi sözlərdir.

“Ok”
Əgər uzun danışıqdan sonra işlənən bu qısa razılıq əlaməti “ok” xüsusən qıcıqlandırıcı səslənir.Bu qadınları çox əsəbləşdirir, çünki o kişinin nə demək istədiyini anlaya bilmir.

“Normal”
“Bu paltar sənin xoşuna gəlirmi?” sualına heç vaxt belə cavab vermə. Bu yalnız səni gözdən sala bilər.

“Corablarım hardadır?”
Bu ən çox işlənən kişi frazalarından biridir. Axtarılan əşya corab, ayaqqabı, qalstuk və ya istənilən əşya ola bilər. O əşya ki, onun yerini o deyil, sən bilməlisən.

“Sakitlik”
Sakitliyi kişilər razılıq əlaməti kimi qəbul edirsən, ancaq o, verilən suala sakit qalmağınızı- etinasızlıq kimi qiymətləndirir.

Top