Gözəllik anlamı çox dəyişkən bir anlamdır. Eyni uzunluqda olan saç, düzgün edilmiş makiyaj bütün qadınları gözəl göstərə bilər. Bəs artıq çəkili, dolu qadınlar necə makiyaj və saç düzümü etməlidirlər?
Ümumiyyətlə yaxşı olardı ki, dolu qadınlar saçlarını qısa kəsdirməsinlər. Çünki belə olan halda bütün bədəndəki çatızmazlıqlar nəzərə çarpır.
Dolu xanımlara pilləvari, əyrisaçların kəsilməsi məsləhətdir. Belə saç düzümü üzü kiçildir və enli sifəti balacalaşdırır. Bir neçə cərgə saçın üst hissədən açılması bədəni daha da həmahəng göstərir. Amma bunda da həddini aşmaq olmaz. Düzünə kəsilən tel üzü daha da enli göstərir, buna görə də xanımlara məsləhət görülür ki, belə tel kəsdirməsinlər. Əgər saç düzümü seçməkdə çətinlik çəkirsinizsə, onda çalışın ki, standart olmayan bədən quruluşuna uyğun kəsim edin. Tel isə küncə tərəf əyri olmalıdır. Bunu da xüsusi qayçıyla etmək lazımdır.
Dolu xanımların makiyajında əsas sifətdə olan həmahəngliyi tuta bilməkdir. Yaxşı olardı ki, makiyajdan əvvəl kirşan istifadə edəsiniz. Belə olan halda üzdə olan artıq piylər o qədər də gözə çarpmır. Gözlərə gəlincə isə dolu xanımlar al-əlvan rənglərə üstunlük verməsələr yaxşı olar. Gözlərin üst və alt hissələrinə qara qələm çəksələr daha cəlbedici görünərlər. Qaşları nazik formaya salmaq qətiyyən olmaz. Belə qadınlar heç cür ənliksiz keçinə bilməzlər. Çünki onların yanaqları kök olduğundan almacıqları hiss olunmur. Buna görə də ənlikdən istifadə mütləqdir.