Məkan: Kimya Laboratoriyası
Fənn: Kimya
Dərs: Kimyəvi Elementlər
Element: Qadın
Simvolu: WOO
Atom çəkisi: 53,6 kq olaraq qəbul edilmişdir, ancaq 40 kq-dan 200kq-a qədər müxtəlif növləri vardır.
Tapıldığı yerlər: Planetdə insan ayağı dəymiş hər yer
Fiziki xüsusiyyətləri:
1 — Səthi rəngli zərif təbəqəylə örtülmüşdür.
2 — Dəyişik tempraturlarda qaynayır.
3 — ızın heç bir səbəb olmadan donur.
4 — Xüsusi diqqət gördükdə əriyir.
5 — Səhv istifadə zamanı dişləyir.
6 — Yonulmamışından tutmuş mədən filizinə qədər çox formada tapılır.
7 — Standart ölçüləri olsada asan tapılmır.
8 — Cazibədar xüsusiyyəti olduğuna görə ona çox da yaxınlaşmamağınız məsləhətdi.
Kimyəvi xüsusiyyətləri:
1 — Qızıl, gümüş, platin və digər qiymətli mədənlərlə yaxın qohumluğu vardır.
2 — Böyük miqdarda bahalı maddələri və qiymətli daşları absorbiya edə bilər (uda bilər) .
3 — Müəyyən bir səbəbə bağlı olmadan partlaya bilər.
4 — Səbəbsiz yerə çıxıb gedə bilər.
5 — Məhlulda həllolma əmsalı yoxdur, lakin spirtlə doydurulduğunda fəaliyyəti böyük nisbətdə artar.
6 — Dünyada bilinən ən böyük sərvətdir.
Ümumi istifadə sahələri:
1 — Ümumiyyətlə bəzək olaraq.
2 — İstehsalda.
3 — Müəyyən dozada istifadə edilməsi halında rahatlamada böyük köməkçi xüsusiyyəti vardır.
4 — Çox təsirli təmizləyici xüsusiyyəti vardır.
Aparılmış test nümunələri nəticəsində :
1 — Saf nümunəsi təbii halda tapıla bilsə rəngi parlaq bənövşəyiyə dönər.
2 — Daha yaxşı bir nümunəsiylə müqayisə edildiyində rəngi qırmızıya dönər.
3 — Qulağa zərər verdiyi təsbit edilmişdir.
Potensial təhlükələri:
1 — Təcrübəsiz əllərdə çox təhlükəlidir.
2 — Birdən çoxuyla maraqlanmaq qanunla qadağan edilmişdir, ancaq müxtəlif yerlərdə və bir-birlərinə birbaşa rast gəlməsinin qarşısı alınması şərti ilə bu edilə bilər.
3 — Eyni məkanda, uzun müddət bir yerdə olmaq müxtəlif yoluxucu xəstəliklərə səbəb ola bilər.
4 — Asılılıq yarada bilər və MÜALİCƏSİ YOXDUR