Eleqant xanım

Eleqant xanım

Bəzən elə olur ki, bahalı və tanınmış firmaların libaslarını geyinən qadında cəzbedicilikdən əsər-əlamət belə olmur. Sanki nəsə çatışmır. Bu məhz eleqantlılıqdır. Bəzən də olur ki, çox sadə geyinmiş bir xanım diqqəti dərhal cəlb edir. Eleqantlılığın sirri nəyi geyinmək yox, onu necə geyinməkdir. Eleqant görünməyin 7 əsas prinsipini sizinlə bölüşürük.

I. Sadəlik.
Moda jurnallarında və ekranlarda eleqant qadının siluetini xatırlamaq kifayət edər. Fikir versəniz görərsiniz ki, onların geyimləri çox sadədir, əlavə bər- bəzəkdən, bant və toqqadan sui-istifadə edilmir.

II. Təmizlik və səliqəlilik.
Qadın heç zaman ütülənməmiş ətəkdə, ya da çirkli köynəkdə adam arasına çıxmamalıdır. Bu onun üçün bağışlanılmazdır.

III. Münasib geyim.
Günün hissəsini, ilin fəslini, geyimin məqsədini mütləq nəzərə almalısız. Qadın ziyafət paltarında çimərliyə, yaxud idman şalvarında teatra, dikdaban ayaqqabıda bağa-meşəyə, krasovkada isə restorana gedəndə gülməli görünür.

IV. Dəbə münasibət.
Dəbli görünmək üçün çox çalışan qadınlar bəzən gülməli vəziyyətlərə düşür. Amma siz özünüzə yaraşan paltar geyinməklə daha gözəl ola bilərsiz.

V. Paltarın parçasını düzgün seçmək.
Tutqun paltar adamı boylu buxunlu, parlaq libas isə kök göstərir.

VI. Öz fiquranızı təyin edin

Dolu qadınlar büzməli, şit rəngli, iri naxışlı parçalar və hündürdaban ayaqqabılardan qaçmalıdır.

VII. Üzünüzün dərisinin rəngini nəzərə alın

Bu, geyimdə böyük əhəmiyyət kəsb edir. Onlara daha çox fikir verin. Ağdərili xanımlar mavi, açıq-çəhrayı, açıq yaşıl, açıq sarı, dərisi nisbətən ağ rəngli xanımlar göy, sarı, mavi, yanaqları qırmızı xanımlar — boz, tünd göy, qarayanızlara isə şabalıdı, açıq mavi, qırmızı, boz rəngdə parçalar yaraşır.

Əgər xanımlar bu prinsipləri nəzərə alaraq düzgün geyim qaydasına riayət etsələr, zövqlü, eleqant və cazibədar görünə bilərlər. Bir məqamı unutmayın ki, geyim insan haqqında ilk təsəvvür yaradan vacib elementdir.
Top