Qadın susmağı öyrənir...

Qadın susmağı öyrənir...

Qadın çıxır başqa qadının bətninindən;
Həyata ilk qışqırığını edir;
Səssizliyi eşidir…
Atasının gözlərindəki məyusluq;
İlk yaşadığı qarışıqlıq olur.
'Səssizlik oldusa qız doğulub' sözünü öyrənir.
Susur!




Qadın uşaq olur;
Gülməsi, oynaması,
Ordan-bura qaçması xor görülür;
Əngəllənir…
'Qız xeylağı ciddi olmalıdı' sözünü öyrənir.
Susur!  

Qadın məktəbə gedir;
Oxuma yazma öyrənəcəyi qədər,
Qadın olmasına çatacaq qədər.
Səbəbini anlaya bilmir;
'Oxuyub  nə olacaqsanki, oxumuş ev qadını?' sözünü öyrənir.
Susur!

Qadın gənc olur;
Gəzməsi, getməsi, danışılır.
Söz gəlməsin deyə, şüşədən çölə baxmaz.
'Pis qadın' nə deməkdi öyrənir.
Susur!

Qadın evlənəcək yaşa gəlir;
Ər seçməz;
Seçilir.
'Qız xeylağını  boş buraxsan ya halvaçıya ya zurnaçıya gedər sözünü' öyrənir.
Susur!

Qadın evlənir,
Evdə xidmətçi,
Mətbəxdə aşbaz,
Ərinin yanında qulluqçu olur.
'Yuvanı dişi quş qurar' sözünü öyrənir…
Susur!    

Qadın aşağılanır, sözü dinlənilmir,
'Ərin vurduğu yerdə, gül bitər' sözünü öyrənir
Susur!


Qadın ana olur,
'Ərinin uşağının anası olur.
Oğlan doğmasa
Nə qadınlığını, nə analığını isbatlayır.
Oğlan doğur,
İlk dəfə alqışlanır… ki;
Yenə də ər öyülür.
'Kişi adamın kişi uşağı olur'sözünü öyrənir;
Susur!

Qadın yaşlanır 'ana' olur;
Hörməti o yaşda görür.
Danışmaq istəyir;
Vaxt gecikiir ..
Köçür gedir…
Nəhayət;
Qadın doğulur,
Böyüyür,
Yaşayır,
Ölür,

Susur ..


Tərcümə etdi:Musalı Azər



Mətndən istifadə edərkən (saytlarda,facebook səhifələrində və s.) istinad etmək (saytın adı kayzen.az) mütləqdir,əks halda halal edilmir.
Top