Qadınların ilk 10 fantaziyası

Qadınların ilk 10 fantaziyası

Bu sual daim qadınları düşündürür, kişilərmi yoxsa qadınlarmı daha çox fantaziya qurur? Cavabını hələ dəqiq bilmirik  ancaq bildiyimiz şey budur ki , qadınların fantaziya dünyası ən az kişilərinki qədər zəngindir. Qadınların qurduğu xəyallar bəzən həqiqətə biraz uzaq da olsa ancaq qadınlar nə istədiklərini yaxşı bilirlər. Beləliklə sizlərə qadınların ilk on fantaziyasını təqdim edirik.
1.Xəyallarımdakı əcnəbi

Bir çox qadın sirrli bir xariciylə qarşılaşmanın, ehtiraslı bir eşq yaşamanın xəyalını qurur.

2. Paylaşılmamaq

Bir çox qadın özünə birdən çox kişinin aşiq olmasını xəyal edər. Bu kişilər heç cür onu paylaşa bilməz və dəlicəsinə rəqabət yaşanar.

3. Müdir mənəm

Qadınlar bir kişinin özünə yalvardığını və ona hökm etdiyini xəyal edər. Bu cür fantaziyalar , ümumiyyətlə , təəssüf ki, gerçəkdə belə olmayan qadınların xəyalıdır.

4. Şahzadə olmaq

Bir şahzadə qədər zərif , qorunmağa açıq və aşiq olunası olmaq çox qadının xəyalıdır. Dolayısıyla maraq, qoruma və istəklərin sonsuz şəkildə yerinə yetirilməsini kim istəməz ki!

5. Müdir sənsən

Bəzi qadınlar gündəlik həyatda və ya yataqda nəyi necə etmələri lazım olduğunu söyləyən bir kişi xəyal edər. Bir az mazoşist bir tutum olsa da, rəhbərliyi kişiyə verməyə könüllü qadınlar var.

6. Yataqda ən yaxşı olmaq

Qadınlar çox vaxt fərqli fantaziyalarla tərəfdaşını çıldırttığını xəyal edər. Kişinin ondan başqa bir şey düşünə bilməz hala gəlməsi eqosunu, qürurunu oxşayar.

7. Striptizçi olmaq

Bəzi qadınlar striptiz edərək tərəfdaşını başdan çıxarmağı xəyal edər. Müəllim, tibb bacısı, qarson, katibə kimi bilinən ssenarilərdə baş rolda yer almaq istəyər. Ancaq gerçəkdə həmin peşələrdə çalışanların çox hörmətli kəslər olduğunu unutmayaq . Qadınların bu fantaziyası bəzi kişilər tərəfindən gerçəklə qarışdırıla bilər. Bunu düşünən qadınların bıçaq kürəyində hərəkət etdiyini də xatırladaq.

8. Qısqanılan bir kişiyə sahib olmaq

Baş rolda istənilən bir kişi və qadınlar! Bu qadınların arasında sıyrılıb diqqət çəkən sirrli, seksual və ehtiraslı bir qadın fiquru! Bu da qadınların xəyalındəki digər bir fantaziya!

9. Qadın qəhrəman

Aşiq olduğu kişinin bilmədiyi bir başqa qadın. Gerçəkdə zəif, kövrək olan bu qadın əslində dünyanı qurtaran, sevdiyi kişini qoruyan və güdən bir qadına çevrilir. Kişilərin də qorunmağa ehtiyacı ola bilər , elə deyilmi?

10. Tək gecəlik birlik

Qadınların tez-tez qurduqları fantaziyalardan biri xoşlandıqları biriylə tək bir gün dəlicə bir gecə yaşamaq və bir daha görüşməmək.

Həmçinin bax: Qadınlar nə istər, tənha qadın, kişilər nə istəyir

Top