Hər şeydən şikayət etmək

Hər şeydən şikayət etmək

Qadınlar yaşadıqları mühitin  və Quran əxlaqından uzaq xarakterlərinin doğurduğu narahatlığı danışıqlarıyla da tez-tez dilə gətirirlər. Cahiliyyə cəmiyyətinin kişiləri də bu xarakterə malikdir və bu həm qadınları,həm də ətrafdakı insanları narahat edir.Bu davranışı hər şeydən əvvəl evdar qadın olmanın  bir gərəyi olaraq mənimsəmişlər. Onlara görə gün boyu yemək bişirib, ev təmizləyib və bəlkə də bütün gəncliyini, enerjisini bu məqsəd uğruna fəda edən bir qadın üçün "deyinməkdən" daha adi bir şey yoxdur.

Hətta onlara görə  bu, onların ən təbii haqqıdır və ətrafdakılartərəfindən də anlayışla qarşılanmalıdır. Onlara görə, yaşadıqları evliliyin monotonluğunu, həyatın çətinliklərini, yorğunluqlarını ən çox yaşayan özləridir. Yenə öz düşüncələrinə görə, evli olduqları kəslər bu həyatın daha çox maddi məsuliyyətini boynuna götürmüşdür. Bu səbəbdən də özlərinin deyinməyə və şikayət etməyə daha çox haqqı var. Bu səbəblə bəzi kişilər də, özləri narahat olmağı belə nəzərə alaraq yoldaşlarının bu davranışlarına göz yumur,çünki  çətinliklərindən ancaq bu şəkildə uzaqlaşa biləcəklərini düşünürlər. Ancaq bunu da bildirmək lazımdır ki, insanlar bu həyatı özləri bilərək və istəyərək seçmişlər.Amma yenə də öz tələbləriylə seçdikləri bu həyatın hər anında şikayət edirlər.

Evdar qadınlarda çox rast gəlinən və artıq təbii bir haqq olaraq qəbul edilən bu şikayət vərdişi gündəlik həyatın hər anında özünü biruzə verir. Kiçik-böyük hər şeydən şikayət etmək elə bir vərdiş halına gəlir ki, artıq evdə tək başına olduqlarında belə öz özlərinə deyinirlər. Bir tərəfdən əsəbi halda  evi yığışdırar, bir tərəfdən də evi kim səliqəsiz hala salıbsa ona  xoş olmayan sözlər deyərlər. Hətta o anda qarşılarına ilk çıxan adama mövzuyla heç bir əlaqəsi olmadığı halda şikayətlənməyə başlayırlar.

Bu deyinmə vərdişləri, mübahisə etməyi sevən bir xarakter yaradır. Kiçik bir məsələni belə dərhal böyüdübböyük mübahisə yaranmasınasəbəb olurlar.Hamının fikrinə zidd fikir bildirirlər. Hər sözü yalnış qəbul edib və sərt cavablar verirlər. Bu cür insanlar ruhlarında yaşadıqları bu məmnunsuzluq, tündxasiyyətlik və gərginlik səbəbiylə çoxlu xəstəliyə  tutulurlar. Baş ağrısı, mədə ağrısı, yuxu pozuqluqları və qısa müddətdə ortaya çıxan yaşlanma əlamətləri bunların ən geniş yayılanıdır. Bütün bunlar yaşadıqları sistemin yanlışlığından qaynaqlanır. İman zəifliyinin və təvəkkülsüzlüyün gətirdiyi bu ruh halından və çətinliklərdən xilas olmanın isə tək yolu vardır: Quranəxlaqına təslim olmaq və Allahın bəyəndiyi şəkildə həyat yaşamaq. Yoxsa bunun başqa hansı yol sınanırsa sınansın çıxış imkanı tapıla bilməz.

Bu əxlaqı yaşayan qadınlar isə əksəriyyətlə həlli, həkim-həkim gəzməkdə, hər yeni çıxan dərmanı sınamaqda, psixoloji müalicə almaqda və bəzən də evliliklərinə son verərək bu həyatdan tamamilə uzaqlaşmaqda görürlər. Amma bunların heç biri yaşadıqları bədbəxt həyat üçün əsl çıxış yolu deyil. Quran əxlaqını yaşamadıqları və Allaha səmimi bir ürəklə bağlanmadıqları üçün, şikayət etdikləri məsələlər, deyindikləri insanlar, ya da yaşadıqları məkan dəyişsə də yaşadıqları çətinliklərdə heç bir fərq olmaz.


Cahiliyyə qadınlarının çoxunda olan bütün bu əxlaq pozuqluqlarının əksinə, mömin qadının davranışı müsbət və düzgündür. Məsələn "deyinmə" kimi vərdişin bəsit  bir hərəkət olduğunu bilir. Kənardan baxıldığında doğru olmayan bir şey varsa belə, bunların Allah Qatında bir hikmət ilə yaradıldığını unutmaz. Bu səbəblə də hər nə ilə qarşılaşsa qarşılaşsın narahat olmaq, sıxıntı yaşamaq üçün birsəbəb görməz. Ən sıxıntılı anlarda belə ətrafına qarşı mütləq xoşgörüşlü, bağışlayıcı və yaxşı münasibət göstərər. Tənqid olunması lazım olan bir şey varsa belə, bunun ancaq Quranın əmrinə uyğun olaraq "gözəl söz" ilə edilə biləcəyini və bu şəkildə daha müsbət nəticələr əldə edilə biləcəyini bilər. Ayələrdə möminin göstərməsi lazım olan bu davranış belə bildirilmişdir:

Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!(Ə'raf Surəsi, 199)
Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac  kimidir. (İbrahim Surəsi, 24)

Bəndələrimə de: " gözəl sözlər söyləsinlər " Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, Şeytan insanın açıq-aşkar düşmənidir! (İsra Surəsi, 53)
Top