Qadınları xoşladığı yeməklə də tanımaq olar

Qadınları xoşladığı yeməklə də tanımaq olar

Yeməyi xoşlayanlar yalnız tosqun qadınlar deyil, onların arasında hətta arıqlara da təsadüf edilir. Deməli, onlarda maddələr mübadiləsi prosesləri normaldır. Bəs onda fiziki cəhətdən müxtəlif qadınları nə birləşdirir? Əlbəttə ki, tələbkar olmamaq, çox danışmaq və xeyirxahlıq. Belə qadınlar üçün kimi sevmək, nə ilə qidalanmaq o qədər də əhəmiyyətli deyil. Əsası odur ki, hər şeydən kifayət qədər olsun. Nə qədər ki, onların qabında yeməyə nə isə  var, onlar yayınmaq fikrində deyillər. Belə qadınlar insanı dinləməyi, təsəlli verməyi  bacarır. Onlara qayğı göstərmək çox asandır. Onlar doyursa, deməli, xoşbəxtdirlər.

Estetik zövqlülər

Belə qadınlara yaxınlaşmaq hər adamın hünəri deyil. Əvvəlcə düşünün: pulunuz və zövqünüz onun tələbatını ödəməyə çatacaqmı, yalnız bundan sonra hərəkət edin. Belə qadınlar daha çox romantik olur, pilləkənlərə səpələnmiş qızılgül ləçəkləri, sakit şam işığı, romantik musiqi, masa üzərində şamdan, qızılgüllər, gözəl süfrə, bahalı serviz və qab-qacaq,  ananas, şampan şərabı, balıq kürüsü, meyvələr, fransızsayağı hazırlanmış tort-sufle… Ən əsası, süfrənin bəzədilməsi və qablaşdırılmasıdır. Belə şəraitdə çəngəl-bıçaqla yemək mütləqdir (meyvə, ət, balığı). Hətta söhbət edəndə belə bütün bunları unutmayın. Əlavə olaraq, sizin dəbdə olan hər bir yeni  kitab haqqında məlumatınız olmalıdır.
Məhəbbəti xoşlayırlar və ona yaradıcı yanaşırlar, kişilərdən xüsusi  nəvaziş və nəzakət gözləyirlər.
ləzzətli yemək süfrəsi

Ləzzətli yeməkləri xoşlayanlar (qurmanlar)

Bütün yeni ekzotik və dəbdə olan qidaları sevirlər. Yəqin ki, çin və yapon restoranlarının pərəstişkarlarıdırlar. Onlar üçün yemək hazırlayıb, özünüzü yormayın. Xoşladığı yeməyi restoranda sifariş etsəniz, kifayətdir. Əsas odur ki, ekzotik olsun. Məsələn, qurbağa pəncəsi, ilan şorbası, üzüm ilbizləri, dəniz ilbizləri və s. Əgər bunları yemək sizə xoşdursa, onda siz də onlara qoşulun.
Ekzotik qoxu verən çöplər, musiqi, şərq xalçaları, heyvan dərisi, şərqlilərə məxsus döşəmə üzərində şam yeməyi onlar üçün maraqlı və xoş təəssürat yaradır. Əlçatmaz yerlərdən, maraqlı coğrafi hadisələrdən söhbətlər açmaq onlara maraqlı görünəcək.
Belə qadınlar ekzotik məhəbbəti xoşlayırlar. Onlardan qeyri-adi hərəkətlər, davranış gözləmək olar. Onlar həmişə yeniliyə can atır,

Yeməyə  qarşı laqeyd olanlar

Belələrinə də rast gəlmək olur: ona nə yedirirsən yedirt, o bunu qiymətləndirmir və az yeyir. Belələri üçün nə yeməyin fərqi yoxdur - qızarmış toyuq və ya xərçəng çöpləri. Onun üçün zülal, yağ, karbohidratlar mövcuddur. Belələri üçün masa üzərində qabların necə  düzülməsinin da əhəmiyyəti  yoxdur.
Belə qadınlar soyuqqanlı və qənaətcil olurlar. Yeməyə qarşı laqeyd olanlar məhəbbətə də biganədirlər.

Şirniyyat yeməyi xoşlayanlar

Belə qadınlar konfet, şokolad, dondurma yeməyi xoşlayırlar. Onlar üçün ən gözəl və qiymətli hədiyyə şirniyyatdır. Onlar daha çox sədaqətlidirlər.
şirniyyat xəstəsi olanlar üçün

Pəhrizin qurbanı

Belə qadınlar nə yağlı, nə xəmir, nə şirin, nə də qızardılmış yeməkləri yemirlər. Özlərini yalnız buxarda bişmiş, duzsuz, şəkərsiz xörəklər yeməyə məcbur edirlər. Özü də xüsusi saatlarda və hər bir qidanın kalorisini sayaraq. Bu işdə onların dəmir iradəsi köməyə çatır. Yəqin ki, siz onların yediklərini bəyənməyəcəksiniz. Belələri ətrafdakıları da dadlı yeməklərdən çəkindirir. Bu cür qidalanma sizə xoşdursa, onda yaxınlıq etməyə dəyər.

Romantik şam yeməyinə qərar vermisinizsə, o zaman aşağıdakı məsləhətləri qaçırmayın:
-ən xırda təfərrüratı ilə qonağınızın nəyi yeməyi xoşladığını öyrənin;
-görüşə getməzdən əvvəl yaxşıca qidalanın ki, sonra bu, mümkün olmayacaq;
-masa üzərində qidalı maddələrə nisbətən mineral sular, şirələr, meyvələr, göyərti və tərəvəzlər, eləcə də çiçəklərin üstünlük təşkil etməsi sizi təəccübləndirməsin.
Belə  qadınlar sevdikləri şəxs tərəfindən  daha çox qayğıya və diqqətə ehtiyac duyurlar.  

Hazırladı: S.Aytən
Mənbə: İqtisadiyyat qəzeti
Həmçinin bax: Qadınların növləri
Top