Dünən gecə (Bütün Qadınlar Üçün)

Dünən gecə (Bütün Qadınlar Üçün)

Adamın biri xəstələnir. O gün canı işə getmək istəmir. İçindən Allaha belə bir dua edəcəyi tutur:
- "Allahım, hər gün işə gedib 8 uzun saat boyunca evim və yoldaşımın rahatı üçün çalışıram, yoldaşım isə yalnız oturur. Nə olar, bir gün mənim yerimə keçib, nə qədər çətin bir həyat yaşadığımı görməsini təmin et."
Birdən-birə adamın diləyi yerinə gəlir. Ertəsi səhər, arvadının bədənində oyanır. Dərhal yataqdan atılır, yoldaşının yeməyini hazırlayır, uşaqlarını oyandırır. Paltarlarını hazırlayır, onların da yeməyini yedizdirir. Bəslənmə çantalarını hazırlayır, uşaqları məktəbə aparır. Evə qayıdıb, evi yığışdırır, yuyunacaq qab-qacaqları və paltarları həll edir. Təmizləyiciyə aparılacaq olanları əlinə alıb telefon fakturasını ödəmək üçün banka gedib növbəyə durur. Fakturanı ödədikdən və təmizlikçiyə baş çəkdikdən sonra, axşam yeməyi üçün bazara gedir. Əli qolu dolu bir vəziyyətdə evə qayıdır. Bu vaxt günorta olur. Evi süpürməyə başlayır, əşyaların tozunu alır, mətbəxi silir, uşaqlarının məktəbdən gəlincə yeyecəyi keksi bişirir.
Hə, artıq uşaqları məktəbdən götürmə zamanı da gəlib çatır. Yolda onlarla söhbət edir, məktəbdə olanlar mövzusunda ağıl fikir verir. Evə gəldiklərində dərslərinə nəzarət edib, çalışma masalarına oturmalarını təmin edir. Süd və keks gətirir. Bu vaxt yuduğu paltarları ütüləməsi zamanı yetişir. Ütü bitdiyində, ancaq axşam yeməyini hazırlayacaq qədər vaxtının qaldığını görür. Dərhal kartofları soymağa başlayır, salat vəsaitlərini yuyur, plov üçün düyünü isladır, ətləri çıxardıb, soba üçün hazırlayır. 'Əri evə gəldiyində, onu süfrəyə qabları yerləşdirərkən görür. Axşam yeməyindən sonra, əvvəl yoldaşının qəhvəsini bişirir. Masanı yığır və qab-qacaqları yuyur. yoldaşının və uşaqlarının sabahısı gün geyəcəyi paltarlara nəzarət etdikdən sonra, uşaqları yatırdır. Onlara hekayə oxuyur.
Televiziya seyr etməyə və bir az da qəzet oxumağa salona dönür ki, yoldaşı onu yataq otağına çağırır. Nə də olsa, adamcığaz bütün gün onlar üçün çalışıb, yoruldu, indi rahatlaması və istirahət etməsi lazımdır. Bu da onsuz da onun vəzifəsidir.
Ertəsi səhər oyandığında dərhal Allaha yalvarmağa başlayır :
- "Allahım üzr istəyirəm. Mən nə dediyimi bilmirmişim. Arvadımın həyatını rahat zənn etməklə necə yalnış düşündüyümü indi anladım. Xahiş edirəm, məni köhnə halıma çevir."
Adama cavab gəlir :
- "Bəli, dərsini aldığını görürük. Hər şeyi dəyişdirəcəyəm amma, təəssüf ki, 9 ay gözləmək məcburiyyətindəsən, çünki dünən gecə hamilə qaldın." ;)

Həmçinin bax: Qadın daxilində 6 növ qadın var

Top